Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsinin Avtomatika və idarəetmə kafedrasında yeni laboratoriya stendinin tətbiqinə başlanıldı
SDU-nun Mühəndislik fakültəsinin Avtomatika və idarəetmə kafedrasında yeni laboratoriya stendinin tətbiqinə başlanıldı
Son dövrdə Sumqayıt Dövlət Universitetinin strateji inkişaf planına əsasən tədris prosesinin müasir beynəlxalq standartlara uyğun yenidənqurma işlərinin aparılması, təkmilləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində mühüm işlər aparılır. 
SDU-nun Mühəndislik fakültəsinin Avtomatika və İdarəetmə kafedrasında Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə kadr hazırlığının səviyyəsini artırmaq məqsədi ilə universitet tərəfindən müasir tipli laboratoriya stendləri alınmış və tələbələrin istifadəsinə verilmişdir.
Bu laboratoriya stendinin məqsədi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə tədris olunan fənlərin praktiki realizasiyası, tələbələrdə praktiki vərdişlərin əldə olunması və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. 
Proseslərin idarə edilməsi üçün sərfin, səviyyənin, təzyiqin və temperaturun tənzimlənməsi (PİSSTTT) intellektual laboratoriya stendi İspaniyanın EDIBON firması tərəfindən hazırlanmışdır. Müasir tələblərə cavab verən PİSSTTT intellektual laboratoriya stendi texnoloji prosesin avtomatlaşdırılması və idarə edilməsi sistemlərinin əsaslarını, istifadə olunan cihazların funksiyalarını, konfiqurasiyasını, onların idarəetmə strategiyalarını və layihələndirilməsini əks etdirən nəzəri bilikləri öyrənməyə və praktiki vərdişləri əldə etməyə imkan verir.
EDIBON firması tərəfindən hazırlanmış PİSSTTT intellektual laboratoriya stendi Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan tələbələrə sənaye avtomatlaşdırılması, tənzimləmə texnikası, texnoloji ölçmələr və s. fənlərin öyrənilməsində istifadə olunur.
PİSSTTT intellektual laboratoriya stendi isti və soyuq su dövrəsindən və hər iki dövrə arasında istiliyi ötürən istilik dəyişdiricisindən ibarətdir.
Maye dövrəsində üçfazalı nasos mayenin çəndən yuxarı çənə hərəkət etdirdikdə, onun sərfini, təzyiqini, səviyyəsini və temperaturunu ölçür və tənzimləyici klapan vasitəsi ilə idarə edir.
PİSSTTT blokuna idarəetmə dövrələrinin işlərini yerinə yetirmək üçün proqramlaşdırılan məntiqi kontroller (PMK), müxtəlif növ sensorlar, kommunikasiya xətləri, PID tənzimləyici və icra mexanizmi istifadə olunur. Laboratoriya stendində PMK vasitəsi ilə mayenin səviyyəsinin, temperaturunun, təzyiqinin və sərfinin nəzarəti və idarə edilməsi məsələləri həyata keçirilir. 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az