Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsində AE-HD Hidravlik və Elektro Hidravlik tətbiqi laboratoriyası müasir avadanlıqlarla təchiz olunub
SDU-nun Mühəndislik fakültəsində AE-HD Hidravlik və Elektro Hidravlik tətbiqi laboratoriyası müasir avadanlıqlarla təchiz olunub
Mühəndislik fakültəsinin Mexanika və nəqliyyat texnologiyaları  kafedrası universitet  tərəfindən Hidravlik və Elektrohidravlik Tətbiq "AE-HD" istənilən Hidravlik və Elektro-hidravlik dövrəni konfiqurasiya etmək üçün geniş çeşiddə əlavə dəstlər və elementlərdən ibarət modul laboratoriya ilə təchiz olunmuşdur.
Avadanlıqlar ilə təchiz edilmiş əlavə hidravlik dəstlər belə sxemlərin istifadəsinə dair bəzi nümunələrlə yanaşı, həqiqi hidravlik sxemlərin idarə edilməsi və istifadəsinin tam öyrənilməsi üçün lazım olan elementləri təmin edir.
Hidravlik seçim dəstlərinin vasitəsilə hidravlik sxemlərin əsas anlayışlarını başa düşmək, elektro-hidravlikanın prinsiplərini öyrənmək  üçün  təkmilləşdirmə dəsti və əlavə modullardan istifadə olunur.
Hidravlik ötürücülərdə analoq siqnal və mütənasib nəzarəti yerinə yetirmək üçün konfiqurasiya edilmiş kompüter tərəfindən idarə olunan dəstlərdən istifadə edilir.
Hidravlik və elektro-hidravlik nasazlıqların aradan qaldırılması dəsti tələbələrə hidravlik komponentlərlə bağlı ən ümumi problemi, onların yerini necə tapmağı və problemlərin diaqnostikasını öyrətməyi nəzərdə tutur.
Müasir tələblərə cavab verən bu laboratoriyadan Mexanika mühəndisliyi, Energetika mühəndisliyi və digər mühəndis ixtisasına yiyələnən tələbələr istifadə edə bilərlər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az