Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı TKTA-nın təlimlərini uğurla başa vurdu
SDU-nun əməkdaşı TKTA-nın təlimlərini uğurla başa vurdu
Sumqayıt Dövlət Universitetinin Dünya İqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Nihad Hüseynov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təhsil müəssisələrini və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsi məqsədi ilə yaradılan ekspert bankına peşəkarların cəlb edilməsi üçün təşkil olunan kursların sertifikatlarına layiq görülüb.
Xatırladaq ki, Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilən sertifikasiyada iştirak etmək üçün müvafiq testlərdən keçə bilən 600 namizəd müsahibələrdə iştirak edib. Daxili keyfiyyət təminatına aid olan 1-ci modul təlimdə iştirak edən 350 namizəddən 252 nəfər 2-ci modula keçərək akkreditasiya prosesində ekspertlərin peşəkar fəaliyyətinə dair təlimlərə cəlb olunub. 2-ci modulu müvəffəqiyyətlə tamamlayan namizədlər yekun olaraq 3-cü modul təlimlərə cəlb olunublar.
Universitetimizin əməkdaşı Nihad Hüseynov hər biri bir həftəlik müddətinə təşkil olunan, müvafiq olaraq keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təliminin “Daxili keyfiyyət təminatı mexanizmləri”, “Xarici keyfiyyət təminatı”, “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair təlimi müvəffəqiyyətlə başa vuraraq hər üç modul üzrə sertifikat qazanmışdır.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az