Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDTK-da taksi sürücülərinə xüsusi hazırlıq dərslərinin keçirilməsinə start verilib
SDTK-da taksi sürücülərinə xüsusi hazırlıq dərslərinin keçirilməsinə start verilib
Bu gün ölkəmizin hərtərəfli inkişaf tempinə uyğun olaraq Sumqayıt təhsili inkişaf edir, təhsildə köklü və mütərəqqi islahatlar aparılır.
Zaman irəlilədikcə dünyada elm və texnologiyalar da durmadan sıçrayışla inkişaf edir.
Azərbaycan elmi və təhsili də inkişaf edərək qabaqcıl ölkələrin elm və təhsil sisteminə inteqrasiya edir.
Sumqayıt Dövlət Universitetinin uğurları onun tələbələrində, məzunlarında, müəllim-professor heyətində, ümumiyyətlə, bütün sumqayıtlılarda sonsuz sevinc və qürur hissi doğurur.
Universitetin qazandığı uğurların təməlində daim yenilənmək, novatorluq ənənələrinə sadiq qalmaq, müasir dövrün dinamik inkişafı ilə ayaqlaşmaq durur.
Sumqayıtın ürəyi olan sənaye müəssisələrində çalışan mütəxəssislərin çoxu bu universitetin yetirmələri olmuşdur. Sevindirici haldır ki, istər keçmişdə, istərsə də indi Sumqayıt Dövlət Universitetinin məzunları keyfiyyət tələblərinə cavab verən layiqli mütəxəssislər kimi seçilmişlər.
Bu gün Sumqayıt Dövlət Universitetində müdafiə şuraları fəaliyyət göstərir. Artıq bu şuralarda uğurla müdafiə olunan çoxsaylı dissertasiya işləri Ali Attestasiya Komissiyasında təsdiqini tapmışdır.
Hər zaman elmə, yeniliyə can atan SDU bir sıra tanınmış universitetlərlə də əməkdaşlıq müqavilələrinə imza atmışdır.
Bir sözlə Sumqayıt Dövlət Universiteti daim inkişaf yolundadır. Universitet paytaxta ən yaxın məsafədə və sənayenin tam mərkəzində yerləşməsi ilə, eyni zamanda həm humanitar, həm tətbiqi ixtisaslar üzrə mütəxəssis hazırlaması ilə fərqlənir.
Qürurla qeyd edə bilərik ki, bu qüdrətli elm-təhsil mərkəzi Sumqayıt Dövlət Texniki Kollecinin himayədarı kimi onun ən böyük uğurlarının, nailiyyətlərinin təminatçısıdır.
Kollec SDU-nun tərkibinə verildikdən sonra maddi-texniki bazanın inkişafında, kadr potensialının formalaşmasında saysız-hesabsız yeniliklərə imza atılmışdır.
Kollecin tələbələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərikimya” İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, Sumqayıt Sərnişin ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt şəhər “İnter Tekstil” ASC, “Nursoft” MMC müəssisələrində istehsalat təcrübələri keçirlər.
Bu gün SDU universitet-kollec-iş dünyası əlaqələrini genişləndirir, sosial və ictimai fəaliyyətlərini təkmilləşdirir, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində uğurlu layihələrə imza atır.
Bunun davamı olaraq oktyabrın 9-da Sumqayıt Dövlət Texniki Kollecində “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nın 1 nömrəli əlavəsinə uyğun olaraq taksi sürücülərinə xüsusi hazırlıq dərslərinin keçirilməsinə başlanılıb.
Bununla əlaqədar olaraq bir tərəfdən Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və digər tərəfdən Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “Sürücü Təlim Mərkəzi” MMC-nin direktoru Ramin Hacıyev arasında bağlanmış müqaviləyə əsasən dərslərin keçirilməsi üçün kollecin binasında təmirli otaq ayrılmış, kompüter, proyektor və digər ləvazimatlarla təmin edilmişdir.
Dərslərin keçirilməsi Sumqayıt Dövlət Universitetindən dosent Hüseyn Qaraməmmədov, baş müəllimlər Ziyafət Bağırov, Bəhruz Allahverdiyev, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecindən isə Mehman İsmayılov, Oktay Şükürov, Elçin Rəsulzadəyə həvalə edilmişdir.
Dərslər Azərbaycan Respublikasının sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktları haqqında ümumi məlumat, taksi minik avtomobillərinə dair ümumi tələblər, taksi minik avtomobil sürücülərinə dair tələblər, taksi minik avtomobilləri ilə sərnişin daşımasında hərəkətin təhlükəsizliyinin təmin olunması, taksi minik avtomobilləri ilə sərnişinlərin daşınma qaydaları, taksi minik avtomobili sürücülərinin etik davranışına aid məlumatlar, ilk tibb yardım, minik avtomobilində sürmə təlimi mövzularını əhatə edəcək.
Qeyd edək ki, təlimə mindən çox iştirakçı qatılıb.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az