Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Gənclər Təşkilatına yeni sədr seçildi
SDU-nun Tələbə Gənclər Təşkilatına yeni sədr seçildi
Oktyabrın 4-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatına yeni sədr seçkisi keçirildi.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nümayəndələrinin nəzarəti ilə keçirilən seçki prosesi universitetin foyesində seçki qutularının yerləşdirilməsi ilə başladı.
Tələbələrin gizli səsverməsi ilə keçən demokratik və şəffaf seçkilərin  nəticəsi olaraq Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Rəvan Paşayev səs çoxluğu ilə təşkilatın sədri seçildi.
Rəvan Paşayev ona göstərilən etimada görə seçkidə iştirak edən tələbə yoldaşlarına təşəkkür etdi. Tələbə Gənclər Təşkilatının yeni sədri gələcək planlarından danışdı, birgə aparılacaq işlərdə hər bir tələbəni fəal olmağa səslədi.
Sonda yeni idarə heyəti təsdiq olundu.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az