Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti əməkdaşlarının yubileyləri qeyd olundu
Sumqayıt Dövlət Universiteti əməkdaşlarının yubileyləri qeyd olundu
Oktyabrın 3-də Sumqayıt Dövlət Universitetində (SDU) rəhbərliyin təşəbbüsü ilə Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən bir neçə müəllim və əməkdaşın yubileyi qeyd olunub. Pedaqogika və psixologiya kafedrasının dosenti Şikar Hüseynov və Neft kimyası və kimya mühəndisliyi kafedrasının laborantı Dilbər Mirzəyeva 65 illik yubileyləri münasibətilə rəhbərlik tərəfindən təbrik ediliblər.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov yubilyarları rektor Rüfət Əzizovun və öz adından təbrik edib, səmimi arzularını çatdırıb. Onların uzun illər universitetdə səmərəli və fədakar pedaqoji fəaliyyət göstərdiklərini deyən prorektor bu əməkdaşların hər birinin həm kollektiv, həm də tələbələr üçün çox dəyərli və əziz olduqlarını söyləyib. Elmar Xəlilov universitet rəhbərliyinin hər zaman öz əməkdaşlarına, müəllimlərinə yüksək dəyər verdiyini vurğulayıb, bu cür mərasimlərin ənənəvi olaraq keçirildiyini bildirib.
Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev səmərəli əmək fəaliyyətlərinə görə və 65 illik yubileyləri münasibəti ilə yubilyarlara Fəxri fərman və hədiyyələr təqdim edib.
Göstərilən diqqətə görə təşəkkürlərini bildirən SDU əməkdaşları Azərbaycan təhsili üçün çalışmaqdan qürur duyduqlarını bildiriblər.
 
Mətbuat xidməti
 
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az