Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Heydər Əliyev irsi elmi tədqiqatların, araşdırmaların obyekti olacaq
Heydər Əliyev irsi elmi tədqiqatların, araşdırmaların obyekti olacaq

Universitetimizdə daima ulu öndərin tarixi-ictimai, milli-mənəvi və dövlətçilik fəaliyyətinin çox aspektli istiqamətlərinin dərindən öyrənilməsi ilə bağlı müxtəlif mövzuları əhatə edəcək  dərslər keçirilir, mühazirələr oxunur. Bunlardan biri də noyabrın 27- də  “Heydər Əliyev Məktəb”ində professor-müəllim heyətinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” mövzusunda dərs oldu.
Tədbiri açan rektor, professor Elxan Hüseynov bildirdi ki, Heydər Əliyev mövzusu əbədiyaşar mövzudur. Dahi şəxsiyyət haqqında fikir söyləmək böyük məsuliyyət tələb edir, bu, həmçinin olduqca şərəflidir. Heydər Əliyev xalqımızın taleyinə güclü və parlaq zəkaya, xüsusi intellektə, dərin fəlsəfi düşüncə qabiliyyətinə, heç də hamıya nəsib olmayan möhkəm yaddaşa malik işıqlı bir şəxsiyyət kimi daxil olmuşdur. XX əsrin 30 ilindən artıq bir dövrdə doğma Azərbaycanımızın, xalqımızın həyatında baş vermiş tərəqqi və inkişaf, yüksəliş təcəssümü ola biləcək bütün əlamətdar hadisələr onun böyük və şərəfli adı ilə bağlıdır.Azərbaycanın xalqının bəxti onda gətirdi ki,ölkəyə Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edirdi.
Dahi rəhbərin fəaliyyətini təkcə Azərbaycanla məhdudlaşdırmaq düzgün olmaz; o, Sovet İttifaqı kimi böyük bir ölkənin çox nüfuzlu rəhbərlərindən, həmçinin dünya siyasətinin yaradıcılarından bir idi. Əlbəttə, Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib, lakin qəti inamla deyə bilərəm ki, böyük şəxsiyyətin fəaliyyəti, ideya-nəzəri irsi hələ uzun dövrlər elmi tədqiqatların, araşdırmaların obyekti olacaqdır. Onun elmi-nəzəri irsinin bütün çalarlarını hər hansı bir yazıda, yaxud bir kitabda tam əhatə etmək olduqca çətindir. Cəsarətlə deyə bilərəm ki, yeni ideologiyanın başlıca struktur elementləri, mühüm ideoloji konsepsiyalar böyük intellekt və zəka sahibi olan Heydər Əliyevin əsərlərində, nitq və çıxışlarında özünə yer almışdır. Bunların sırasında özünəməxsus "Vətəndaşlıq həmrəyliyi fəlsəfəsi" olan "Azərbaycançılıq konsepsiyası", Azərbaycan dili və ədəbiyyatı, milli-mənəvi, dini dəyərlərimiz, ölkəmizdə hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması prinsiplərinin, elm-təhsil, mədəni strukturlarına inteqrasiya barədə ideyaları, tövsiyələri onun ideya-nəzəri irsinin məzmununa daxildir. Bugünkü tədbirimizin də  təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin tələbələrin  potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər tələbələrin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov “Heydər Əliyev Azərbaycan xalqının maarifçi filosofudur”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Avtandil  Məmmədov “Heydər Əliyev nitqində səmimiyyət və poetik duyğular”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, dosent Yusif Aslanov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi Nemət İbayev “Heydər Əliyev nitqində məntiqi ardıcıllıq və proqnozlar”, Universitetin YAP Gənclər Birliyinin sədri Səma Əsədova “Heydər Əliyev nitqində müqayisələr və ritorik suallar” mövzularında məruzələrlə çıxış edərək Ümummili liderimiz haqqında dərslərin önəmi barədə söz açmış, yaxın tariximizin öyrənilməsi baxımından belə dərslərin lazımlı olduğunu vurğulamışlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az