Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İngilis dili müəllimləri “Akademik Yazının İnkişafı və Tədrisi” adlı təlimi uğurla tamamladılar
SDU-nun İngilis dili müəllimləri “Akademik Yazının İnkişafı və Tədrisi” adlı təlimi uğurla tamamladılar
SDU-nun Dil və Tərcümə Mərkəzinin təşəbbüsü ilə mərkəzin direktoru Jalə Məmmədova və Xarici dillər kafedrasının bir qrup müəllimi ABŞ departamenti və Bakı Amerika Mərkəzinin 01-31 iyul tarixlərində birgə təşkil etdiyi “Developing and Teaching Academic Writing” (Akademik Yazının İnkişafı və Tədrisi”) adlı təlimi uğurla başa vurdu. Bu təlim ABŞ Ayova Dövlət Universiteti tərəfindən və CANVAS // (OPEN) Onlayn Peşəkar İngilis Dili Şəbəkəsi (moocs.openenglishprograms.org) üzərindən keçirildi. Beş həftə davam edən təlim aşağıdakı mövzuları əhatə edirdi:
1. Akademik yazı kursunun əsas komponentləri haqqında anlayışı inkişaf etdirmək;
2. Tədris prosesinin yazı strategiyaları haqqında anlayışı inkişaf etdirmək;
3. Arqumentativ yazının tərtib edilməsi prinsipləri haqqında anlayışı inkişaf etdirmək;
4. Mənbədən sitatın öyrədilməsi prinsipləri haqqında anlayışı inkişaf etdirmək;
5. Yazının qiymətləndirilməsi və əks əlaqənin təmin edilməsi üçün ən yaxşı təcrübələr haqqında anlayışı inkişaf etdirmək.
Sonda təlim mövzularına uyğun 5 modul təqdim edildi, SDU-nun ingilis dili müəllimləri bu modulları uğurla tamamladılar və “Akademik Yazının İnkişafı və Tədrisi” sertifikatı ilə təltif olundular. Təlimdə əldə olunan elmi nəticələr ali məktəb pilləsində tədris olunan akademik oxu və yazı dərslərində tətbiq olunacaq.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az