Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsinin tələbələri VI Robot Olimpiadasında uğur qazanıblar
SDU-nun Mühəndislik fakültəsinin tələbələri VI Robot Olimpiadasında uğur qazanıblar
Sentyabrın 1-də Bakı Milli Gimnastika Arenasında başlayan və 3 gün davam edən VI Robot Olimpiadasında Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələri də iştirak ediblər.
Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə keçirilən Olimpiadada Azərbaycanın ali təhsil müəssisələri, kollec və məktəblərini təmsil edən 160 komanda iştirak edib.
VI Robot Olimpiadasında Sumqayıt Dövlət Universitetini Mühəndislik fakültəsinin ikinci kurs tələbələri Amin Nəcəfli və Rəvan Məhərrəmli təmsil ediblər.
Gərgin mübarizə şəraitində keçən Robot Olimpiadasında SDU-nun komandası 2-ci yerdə qərarlaşıb və 2000 manat məbləğində pul mükafatına layiq görülüb.
Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar bu ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az