Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
 BAKALAVRİAT SƏVİYYƏSİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Sumqayıt Dövlət Universitetində 
abituriyentlərin sənəd qəbulu onlayn formada aparılacaq:
 
Sumqayıt Dövlət Universitetinə 2023/2024-cü tədris ilində bakalavr səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub video təlimata uyğun olaraq onlayn formada qeydiyyatdan keçə bilərlər.
Onlayn formada qeydiyyat  zamanı  tələb olunan sənədlərin siyahısı:
1. İş nömrəsi (6 rəqəmli) və FİN kod;
2. Attestat və ya subbakalavr diplomunun surəti; 
3. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) surəti;
4. Tibbi arayış.  Ancaq “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına qəbul olmuş abituryentlər üçün tələb olunur.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər aşağıda göstərilən sənədləri SDU-ya gələn zaman müvafiq fakültələrə  təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Attestatın əsli;
3. Subbakalavr diplomunun əsli;
4. 4 ədəd 3x4 sm ölçülü rəngli  fotoşəkil;
5. Tibbi arayış. Ancaq  “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına qəbul olmuş abituriyentlər üçün.
Ödənişli əsaslarla qəbul olan abituriyentlərdən təhsil haqqının ödənilməsi barədə qəbzin surəti. Təhsil haqqı Kapital bank ASC-nin respublika üzrə istənilən filialında Sumqayıt Dövlət Universitetinin bank hesabına abituriyentin adı, soyadı, ata adı və şəxsiyyət vəsiqəsinin seriyası qeyd olunmaqla ödənilir.
Ödəniş etmək üçün detallı izahlar:
Addım 1:
Abituriyent şəxsi kabineti ilə ödəniş edə bilər.
Addım 2:
Abituryient “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün “gpp.az”  saytına daxil olmaq , bütün xidmətlərdən TƏHSİL seçmək , sonra isə ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
Addım 3:
Ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq 
Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir , FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir. 
Addım 4:
Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvafiq bölməsindən edə bilər.
İmtiyazlı abituriyentlər tərəfindən əlavə olaraq aşağıda qeyd olunan
sənədlərin təqdim edilməsi mütləqdir:
 
Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:
Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmş məcburi köçkün vəsiqəsinin surəti.
Şəhid ailəsinin üzvü olan abituriyentlər:
Şəhid ailəsi vəsiqəsinin surəti;
Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayış.
Qeyd: Şəhid ailəsinin üzvü olan tələbə təhsil haqqının ödənilməsindən
23 yaşınadək azad olunur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayış  ( Elektron çıxarış);
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti ( notarial qaydada təsdiq olunmuş);
Əlillik haqqında vəsiqə ( əgər varsa);
Əlilliyi olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti, itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı ( notarial qaydada təsdiq olunmuş);
Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti.
Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II dərəcəli əlil və valideyn himayəsindən məhrum olmuş abituriyentlər:
Valideynin və ya valideynlərin ölum haqqında şəhadətnaməsinin surəti ( notarial qaydada təsdiq olunmuş);
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayış ( Elektron çıxarışı).
Qeyd: Əyani formada təhsil alan imtiyazlı tələbə 23 yaşınadək təhsil haqqının ödənilməsindən azad olunur.
I və II dərəcəli əlilliyi olan, habelə 18 yaşınadək sağlamlıq imkanları məhdud olan abituriyentlər;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayış ( Elektron çıxarışı).
Qeyd: I və II dərəcəli əlilliyi olan şəxslərin, habelə 18 yaşınadək sağlamlıq imkanları məhdud olan  abituryentlərin təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına təhsil müddəti ərzində ödənilir.
Müharibə veteranları – abituriyentlər:
Hərbi biletin surəti;
Zəfər altsistemindən elektron çıxarış;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən arayış.
Onlayn qeydiyyat 2023-cü il sentyabr ayının 4  -dən  14- dək davam edəcək.
Sənəd Qəbulu Komissiyası hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.
 Qeydiyyatdan keçmək istəyən abituriyentlərin nəzərinə:
Universitetdə tədris zamanı xarici dil seçiminin (ingilis və ya rus dili)  əvvəldən məlum olması üçün portal.edu.az saytındakı şəxsi kabinetinizdəki  sənədlərin  sırasında dil seçiminiz əks olunan vərəqin şəklinin (jpg formatında) yerləşdirilməsi xahiş olunur. (tələbələrin xarici dillərə görə qruplaşdırılmasının operativliyini təmin etmək üçün  vacibdir).
Sumqayıt Dövlət Universitetinə 2023/2024-cü tədris ilində bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlər əlavə məlumat əldə etmək üçün ixisaslarına uyğun fakültə dekanları  ilə əlaqə saxlaya bilərlər. Telefon nömrələri cədvəldə verilir:
 
 
 İxtisasın adı
Fakültənin adı
Fakültənin telefon nömrəsi
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Filologiya
65-5-27-78
Filologiya (dil və ədəbiyyat göstərilməklə)
İbtidai sinif müəllimliyi
Məktəbəqədər təhsil
Psixologiya
Xarici dil müəllimliyi (dillər üzrə)
Təhsildə sosial-psixoloji xidmət
Korreksiyaedici təlim
Elektrik və elektronika mühəndisliyi
Fizika və elektroenergetika
64-4-89-11
Energetika mühəndisliyi
Fizika müəllimliyi
Fizika
Mühəndis fizikası
Mühasibat
İqtisadiyyat və idarəetmə
64-4-85-31
İqtisadiyyat
Biznesin idarə edilməsi
Maliyyə
Menecment
Beynəlxalq ticarət və logistika
Marketinq
Turizm işinin təşkili
Neft-qaz mühəndisliyi
Kimya və biologiya
64-4-70-89
Kimya və biologiya müəllimliyi
Kimya mühəndisliyi
Kimya
Biologiya
Ekologiya
Ekologiya mühəndisliyi
Biologiya müəllimliyi
Kimya müəllimliyi
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Kompüter mühəndisliyi
Mühəndislik
64-4-89-06
İnformasiya texnologiyaları
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Mexanika mühəndisliyi
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
Riyaziyyat və informatika müəllimliyi
Riyaziyyat
64-4-85-32
Riyaziyyat müəllimliyi
Riyaziyyat
İnformatika müəllimliyi
Tarix müəllimliyi
Tarix və coğrafiya
64-4-85-34
Tarix və coğrafiya müəllimliyi
Tarix
Politologiya
Sosial iş
Sosiologiya
Sənəd qəbulu komissiyası.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az