Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BP transmilli neft-qaz şirkəti ilə Sumqayıt Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib
BP transmilli neft-qaz şirkəti ilə Sumqayıt Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib
Avqustun 2-də Sumqayıt Dövlət Universitetində (SDU) bp şirkəti ilə SDU nümayəndələri arasında görüş keçirilib.
Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və SDU-nun rektoru professor Elxan Hüseynov iştirak etdilər.
Öncə rektor professor Elxan Hüseynov və bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli Ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Hər iki tərəfin nümayəndələrinin iştirak etdiyi görüşdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qonaqları salamlayıb, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkətlərindən biri kimi bp-nin ölkəmizdə neft sektorunun inkişafı naminə gördüyü işlərdən söhbət açıb. Bildirib ki, bp Azərbaycanda təkcə neft sektorunda deyil, iqtisadiyyatın digər bölmələrində, o cümlədən təhsil, mədəniyyət, sosial və s. sahələrdə də fəaliyyəti ilə diqqət cəlb edir. Şirkətin Azərbaycanın Ali təhsil müəssisələrinə müxtəlif sahədə layihələr həyata keçirmək üçün dəstək göstərməsi özəl sektorun təhsilə qayğısının bariz nümunəsidir.
Şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli çıxış edərək bp – nin fəaliyyət istiqamətləri, həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumat verib. bp – nin Azərbaycanda fəaliyyət göstərdiyi illər boyu cəmiyyətə fayda gətirən təhlükəsiz və davamlı biznes fəaliyyətinə dair gördüyü işlərdən danışıb. Vitse prezident bildirib ki, Azərbaycanda bp-nin həyata keçirdiyi təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün insan kapitalının inkişafına yardım etməkdir. Bəxtiyar Aslanbəyli SDU ilə uzunmüddətli və davamlı əməkdaşlığın yaradılmasına xidmət edəcək təşəbbüslərin mühümlüyünü vurğulayıb. 
Daha sonra tərəflər gələcək əməkdaşlığın istiqamətini müəyyən edəcək  Anlaşma memorandumu təşəbbüsü ilə çıxış etmişlər. Həmin memorandumun tərtib edilməsi İşçi qruplarına həvalə edilmişdir. Həmçinin istehsalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
 
Mətbuat xidməti
                                                                                            
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az