Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | StartUp komandamızın SUB.VC şirkətinin IT mentoru ilə görüşü keçirildi
StartUp komandamızın SUB.VC şirkətinin IT mentoru ilə görüşü keçirildi
İyulun 25-də "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində Sumqayıt Dövlət Universitetinin İnnovasiya Yaradıcılıq Mərkəzinin daxilində yer alan StartUp komandasının SUB.VC şirkətinin IT üzrə mentoru Nail Seyidov ilə görüşü keçirildi.
Görüşdə həmçinin SUB.VC şirkətinin Ümumi layihələr üzrə meneceri Səid Əliyev, “Meliordism” layihəsi üzrə developer Ülviyyə Dadaşova, “Fastycar” layihəsi üzrə developer Allahyar Cəfərov da iştirak etdilər.
Görüş çərçivəsində komandanın iki əsas layihəsi olan “Meliordism” və “Fastycar” layihələri müzakirə olundu və layihələr barədə maraqlı təkliflər irəli sürüldü.
Qeyd edək ki, “Meliordism” musiqi sahəsinə həsr olunmuş layihədir. Bu platformadan istifadə edən insanlar həm asudə vaxtlarını daha səmərəli keçirəcək, həm də onlar üçün yeni iş imkanları yaradılacaq.
“Fastycar” layihəsi isə onlayn maşın icarəsinə həsr olunur. Beləki, bu platformadan istifadə edən insanlar onlar üçün uyğun olan maşınları daha tez və münasib qiymətə əldə edə biləcəklər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az