Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SOCAR ilə SDU nümayəndələri arasında görüş keçirilib
SOCAR ilə SDU nümayəndələri arasında görüş keçirilib
19 iyul 2023-cü il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə SDU nümayəndələri arasında görüş keçirilib.
Görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, eyni zamanda, cari ilin aprel ayında SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icrasına dair müzakirələr aparılıb.
Daha sonra SOCAR-ın törəmə müəssisələri olan “Petkim” neft-kimya kompleksində və "STAR" neft emalı zavodunda, habelə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Yay təcrübə proqramı”na seçilən tələbələrə təbrik məktubları təqdim edilib.
Görüşdə, həmçinin istehsalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonda SDU-nun tədris poliqonunda təhsil müddətində əldə olunan nəzəri biliklərlə yanaşı, sənayedə tətbiq edilən avadanlıqlarla praktiki tanışlıq məqsədilə “SOCAR Downstream Management” MMC tərəfindən hədiyyə edilən avadanlıqlara baxış keçirilib. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az