Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanır
Tələbələrimiz ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanır

İdman Klubu və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının  20 illiyinə həsr olunmuş  fakültələrarası futzal yarışının təntənəli bağlanış və mükafatlandırılma mərasimi oldu.
Futbol yarışlarında universitetin 7 fakültəsinin I kurs  tələbələrindən ibarət komanda təmsil olunurdu.
Həlledici oyunda Kimya və biologiya fakültəsi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları  üz-üzə gəldi. Kimya və biologiya fakültəsinin komandası rəqibini 5:1 hesabı ilə məğlub etdi. Fizika və elektroenergetika fakültəsinin komandası III yerlə kifayətləndi.
Qalib komandanı təbrik edən Humanitar Məsələləri üzrə prorektor, dosent Nizami Namazov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin proritet istiqamətindən birinə çevrildi. Beləliklə də yüksəlişin əsası qoyuldu. Azərbaycan bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərakatına qoşulması geniş vüsət aldı. İdmançılarımız möhtəşəm qələbələrə imza atdı. Siz tələbələrin təhsillə yanaşı,  idman sahəsində də qazandığınız uğurlar bizi çox sevindirir. Tələbə idmançılarımızın istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurlu çıxışları  universitet rəhbərliyinin  idman sahəsinə göstərdiyi qayğıdan xəbər verir. Əminəm ki, idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirəcəklər.
Bağlanış mərasimində  Kimya və biologiya fakültəsinin 383-cü qrup tələbəsi Eldəniz Balaşov qol sayına görə və Mühəndislik fakültəsinin 681-ci qrup tələbəsi İlham Qasımov isə yaxşı oyun nümayiş etdirdiyinə görə, qalib komanda kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az