Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da keçmiş məzunlarla görüş keçirildi
SDU-da keçmiş məzunlarla görüş keçirildi
İyulun 29-da SDU-da universitetin 1982-ci ildə məzun olan tələbələri ilə görüş keçirildi.
İlk olaraq SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov SDU-nun rektoru professor Elxan Hüseynovun adından qonaqları salamlayaraq, görüşdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. O, qeyd etdi ki, vaxtilə universitetdə təhsil alan tələbələrin əksəriyyəti bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlardır. Sonra Elmar Xəlilov son illərdə universitetdə görülən işlərdən, onun hərtərəfli inkişafından söz açdı. O, bildirdi ki, indi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də mədəni mərkəz kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir.
Görüşdə çıxış edən Karyera və məzunlarla iş mərkəzinin müdiri dosent Əmirxan İsayev SDU-nun hər zaman öz məzunlarına diqqətlə yanaşdığını qeyd etdi. O, SDU ilə məzunlar arasında sıx əlaqələrin qurulmasının çox əhəmiyyətli və faydalı nəticələr verə biləcəyini bildirdi. Karyera və məzunlarla iş mərkəzinin fəaliyyətinin də bu əməkdaşlığın dərinləşməsindəki rolunu vurğuladı. Əmirxan İsayev belə görüşlərin mütəmadi olaraq təşkil olunmasının vacibliyini bir daha nəzərə çatdırdı.
Daha sonra keçmiş məzunlar görüşün təşkilinə şərait yaradığına görə rektor professor Elxan Hüseynova minnətdarlıqlarını bildirdilər. Onlar öz fəaliyyətləri barədə geniş məlumat verdilər və tələbəlik illəri ilə bağlı öz xoş xatirələrini bölüşdülər. Görüşdə iştirakdan məmnun olduqlarını qeyd edən məzunlar universitetdə son dövrlər gedən inkişafı yüksək dəyərləndirdilər.
Görüşün sonunda xatirə şəkilləri çəkildi. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az