Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları AzTU-da “Bilişim Vadisi Bakı” Mərkəzinin rezident şirkətlərinin təqdimatında iştirak etdilər
SDU əməkdaşları AzTU-da “Bilişim Vadisi Bakı” Mərkəzinin rezident şirkətlərinin təqdimatında iştirak etdilər
İyulun 12-də AzTU-da “Bilişim Vadisi Bakı” Mərkəzinin rezident şirkətlərinin təqdimatına həsr olunmuş tədbir keçirildi. Tədbirdə 15-dən çox ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Avtomatika və idarəetmə kafedrasının müdiri professor Cavanşir Məmmədov, Elmi hissənin müdiri dosent Samir Orucov, eləcə də Kimya və biologiya fakültəsinin 1-ci kurs tələbəsi, İnnovasiya Yaradıcılıq Mərkəzinin mentoru Səid Əliyev iştirak edirdilər.
AzTU-nun rektoru professor Vilayət Vəliyev universitetlə Bilişim Vadisinin əməkdaşlığından danışaraq bildirib ki, Bilişim Vadisi Mərkəzinin İzmirdən sonra Bakıda fəaliyyətə başlaması əhəmiyyətli hadisədir. Rektor qeyd edib ki, “Bilişim Vadisi Bakı” Mərkəzi AzTU-da fəaliyyət göstərir. Mərkəzdə universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm layihələr həyata keçiriləcək. Beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələr həyata keçirmək istəyən digər universitetlər də “Bilişim Vadisi Bakı” Mərkəzi ilə əməkdaşlıq edəcəklər.
Daha sonra “Bilişim Vadisi Bakı”nın rezident şirkətlərinin təqdimatları keçirildi. Sual-cavab formatında keçirilən təqdimatlardan sonra qonaqlar AzTU-nun kampusu ilə tanış oldular. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az