Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Polşada səfərdə oldular
SDU-nun əməkdaşları Polşada səfərdə oldular
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tövsiyəsi ilə beynəlmiləlləşmə istiqamətində dünyanın reytinq cədvəlinə düşən 11 Polşa universiteti ilə əməkdaşlıq və onların təcrübəsindən yararlanmaq məqsədilə 22-29 iyun tarixlərində Sumqayıt Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Qafar Atayev və  Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva  Polşanın Lodz Texnologiya və Pavislanski Universitetinə ezam olundular.
Xatırladaq ki, bu ali təhsil müəssisələri  akademik nüfuz, məzun profili, tədqiqat potensialı, innovasiya, elmi səmərəlilik, tədris şəraiti və beynəlmiləlləşmə meyarları üzrə fərqləndirilən, dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olan 13 Polşa universiteti sırasındadır.
Görüş zamanı dosent Qafar Atayev SDU-nun zəngin tədris imkanları, maddi-texniki baza və beynəlxalq əlaqələrini əks etdirən geniş təqdimatla çıxış etdi. Daha sonra universitetin tanıtım videoçarxı nümayiş olundu.
Əməkdaşlarımız səfər çərçivəsində Lodz Texnologiya Universitetində “Erasmus+K2 Capacity Building” (Təhsilə yeni bilik və bacarıqların gətirilməsi) layihələrinin yazılması istiqamətində təşkil olunmuş praktik seminarda da iştirak etdilər. Seminar zamanı Sədaqət Fətullayeva tərəfindən “SDU-nun Avropa Birliyi layihələrində təcrübəsi” adlı təqdimat da auditoriyanın diqqətinə çatdırılıb. Seminar daha sonra son illər Lodz Texnologiya Universitetinin koordinatorluğu ilə həyata keçirilən Erasmus+ layihələri barədə geniş müzakirələr və sual-cavab sessiyası ilə davam etdi.
Bundan başqa, hər iki universitet ilə SDU arasında Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus-K1-Beynəlxalq akademik mübadilə” istiqamətində tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə əsasında 2023-2027-ci illər Erasmus+ çağırışlarında SDU tələbələrinin Polşa universitetlərinə mübadilə olunması nəzərdə tutulub.
Tərəflər qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsindən sonra universitetlərin brandbook və atributlarını, eyni zamanda, milli mədəniyyətimizi əks etdirən suvenirləri bir-birlərinə təqdim etdilər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az