Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi hissədə mentor İşçi qrupu üçün təlimlərə start verildi
Elmi hissədə mentor İşçi qrupu üçün təlimlərə start verildi
İyulun 7-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun 09.06.2023-cü il tarixli iclasının (protokol №10) qərarlarının 1.2. bəndinə əsasən Elmi hissədə Elmi İstinad Data Bazalarında SDU-nun alim və tədqiqatçılarının, o cümlədən, universitetin profilinin yaradılması üçün rektor professor Elxan Hüseynovun R-35/1 nömrəli 06.07.2023-cü il tarixli əmrinə əsasən yaradılmış mentor İşçi qrupuna təlim keçirildi.
Təlimdə Elmi hissənin müdiri dosent Samir Orucov Web of Sciense və Scopus beynəlxalq məlumat bazalarında fərdi profilin yaradılması, Author ID və Reseucher ID tədqiqatçıların rəqəmsal identifikasiya kodlarının alınması qaydalarını bu məqsədlə yaradılmış İşçi qrupun üzvlərinin nəzərinə çatdırdı. Təlim zamanı dosent Samir Orucov identifikasiya kodlarının alınmasının universitetimizin beynəlxalq reytinq sistemlərində məqsədəuyğun yer tutması üçün əhəmiyyətindən danışdı, yaranan sualları geniş və ətraflı cavablandırdı.
Qeyd olundu ki, təlim iştirakçıları əldə etdikləri məlumatları çalışdıqları fakültə əməkdaşlarının nəzərinə çatdırmalı və onların qeydiyyatdan keçmələrinə dəstək olmalıdırlar.
İşçi qrupunun növbəti təliminin 10.07.2023-cü il tarixində keçirilməsi planlaşdırılır. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az