Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi şəhid ailəsini ziyarət edib
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi şəhid ailəsini ziyarət edib
İyunun 4-də İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi Xaçmaz rayonunda 44 günlük Vətən müharibəsi qəhrəmanı, SDU-nun şəhid məzunu Hüseyn Fərhad oğlu Sultanovun ailəsini ziyarət edib. Ziyarətdə fakültənin dekanı dosent Aynurə Yəhyayeva, dekan müavinləri Sədaqət Əliyeva və Araz Mirzəbəyov, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, kafedranın baş müəllimi Hicran Köçərli, laborantlar: Günay Pənahova və Türkan Seyfullayeva, İqtisadiyyat kafedrasının baş müəllimi İlqar Osmanov və fakültənin 732 saylı qrup tələbəsi Mehman Rzayev iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Ziyarət zamanı şəhidin ailəsi Hüseynlə bağlı xatirələrindən, onun arzularından, vətənpərvərliyindən, doğma torpağa bağlılığından danışıb. Qeyd ediblər ki, səfərbərlik çağırışı əsasında cəbhəyə yollanan Hüseyn Sultanov müharibənin ilk günlərindən döyüşlərə qoşulub və şücaət göstərib.
Sonra fakültənin dekanı dosent Aynurə Yəhyayeva bildirdi ki, Vətən uğrunda gedən döyüşlərdə Hüseyn və onun kimi minlərlə şəhidimiz öz adlarını tarixin yaddaşına qızıl hərflərlə yazıblar. İllər keçib, nəsillər ötsə də, onların göstərdikləri şücaət hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaqdır. Dekan onu da bildirdi ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edir, onlara hörmət və ehtiram göstərir.
Daha sonra fakültənin digər əməkdaşları Hüseyn Sultanovla bağlı xatirələrini bölüşərək, onun olduqca, təvazökar, mədəni, intizamlı, çalışqan, dərslərinə məsulliyətlə yanaşan tələbə olduğunu, fakültənin ictimai həyatında fəal iştirak etdiyini söyləyiblər. Bildiriblər ki, Hüseyn Vətənə bağlılığı ilə digər tələbələrdən hər zaman seçilib. Onun qısa, lakin olduqca mənalı, şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Qeyd edək ki, Hüseyn Fərhad oğlu Sultanov 6 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci il tarixində Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az