Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin əməkdaşları V4-Azərbaycan Tech Bridge tədbirində iştirak ediblər
Sumqayıt Dövlət Universitetinin əməkdaşları V4-Azərbaycan Tech Bridge tədbirində iştirak ediblər
İyunun 2-də “Marriott Abşeron” otelində Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilati dəstəyi ilə V4-Azərbaycan Tech Bridge proqramının Final mərhələsi keçirildi.
Tədbir Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) və Azərbaycan arasında innovasiyalar sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədi daşıyan 18 aylıq çoxtərəfli proqramın yekunlarına həsr olunmuşdu.
Tədbirdə V4-dən yüksək səviyyəli mütəxəssislərin nəzarəti altında 160-dan çox proqram arasından seçilmiş Azərbaycanın 10 ən yaxşı startap layihəsi təqdim olundu. Tədbirin məqsədi Çexiya, Macarıstan, Polşa, Slovakiyadan olan investorlar, biznes nümayəndələri, bankirlər, innovasiyayönümlü şirkətlər, investisiya bazarının nümayəndələri, mentorlar və ekspertlər, o cümlədən Azərbaycanın startap və texniki innovasiya istiqamətində fəaliyyət göstərən müəssisələri bir araya gətirərək onların Aİ-də maliyyələşdirmə və kommersiya tərəfdaşları axtarmaq imkanını təmin etmək idi.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Avtomatika və idarəetmə kafedrasının müdiri, İnnovasiya Yaradıcılıq Mərkəzinin direktoru professor Cavanşir Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisasının 651a saylı qrupunun tələbəsi Nəcəfli Amin iştirak etdilər.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az