Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun pedaqoji təcrübədə olan tələbələri tərifnaməyə layiq görüldülər
SDU-nun pedaqoji təcrübədə olan tələbələri tərifnaməyə layiq görüldülər
Mayın 25-dəSumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova tərəfindən Sumqayıt Dövlət Universitetinin adına təşəkkürnamə göndərilmiş, bir neçə təcrübəçi tələbəyə tərifnamələr təqdim edilmişdir. Tərifnamədə qeyd edilmişdir ki, Riyaziyyat fakültəsinin pedaqoji təcrübədə olan tələbələri məktəbdə keçmiş olduqları pedaqoji təcrübə müddətində məktəbin tədris və ictimai işlərində fəallıq nümayiş etdirmiş və nümunəvi davranışları ilə seçilmişlər.
Qeyd edək ki, 2022 ̶ 2023-cü tədris ilinin yaz semestrində Riyaziyyat fakültəsinin 2 ixtisasının 5 buraxılış qrupu 16 fevral 2023-cü il tarixindən 24 may 2023-cü il tarixinədək pedaqoji təcrübə keçmişlər. Tələbələr təcrübə müddətində müasir təlim texnologiyalarından istifadə etmək bacarığı ilə yanaşı, kurikulumun tələblərinə uyğun dərs qurmaq qabiliyyətlərini də nümayiş etdirərək, həm müəssisə rəhbərliyinin, həm də təcrübə keçdikləri kontingentin rəğbətini qazanıblar.
Pedaqoji təcrübədə olan tələbələr fakültənin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrində bir sıra tədbirlər həyata keçiriblər. Bu tədbirlərə Xocalı soyqırımına həsr olunmuş “Xocalı ̶  qan yaddaşımız”, Novruz bayramı münasibəti ilə təşkil olunan “Elimizə bahar gəlir” və s. tədbirləri aid etmək olar. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, iqtisadi cəhətdən çiçəklənən respublikamızın modern prinsiplərə əsaslanan, mahiyyətcə sosialyönümlü dövlət siyasətinin, Azərbaycanı mütərəqqi gələcəyə aparan strategiyanın müəllifi olan Ulu Öndərin 100 illik yubileyi münasibətilə universitetimizdə keçirilən çoxsaylı tədbirlər kontekstində tələbələrimiz təcrübə keçdikləri məktəblərdə də müxtəlif layihələrin təşəbbüskarı olmuşlar. Həmin tədbirlər sırasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı ədəbi-bədii tədbiri, “Şəxsiyyət kimdir?”, “Biz özümüzü şəxsiyyət saya bilərikmi?”, “Tarixi şəxsiyyətlərdən kimləri tanıyırsınız?” kimi tədbirləri qeyd etmək olar.
Tədbirlərdə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova, dekan müavini dosent Məhəmmədəli Məmmədov, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova və kafedranın digər əməkdaşları iştirak etdilər.
Pedaqoji təcrübə zamanı tələbələr dərs demək, pedaqoji bacarıqlara yiyələnməklə yanaşı, həm də həmin müəssisələrin ictimai həyatında fəal iştirak etdiklərinə görə müəssisə rəhbərləri tərəfindən xüsusi minnətdarlığa layiq görülmüşlər. Belə ki, Sumqayıt şəhər Vətən müharibəsi qəhrəmanı Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova tərəfindən həmin məktəbdə pedaqoji təcrübə keçmiş Riyaziyyat fakültəsinin 416 saylı qrup tələbələrindən Abdullazadə İlahə Mehman qızı, Bayramova Rəqsanə Qələmşah qızı və Cavadova Aliyə Şahin qızına məktəbin tədris və ictimai işlərində fəallıq nümayiş etdirərək nümunəvi davranışı ilə seçildiklərinə görə tərifnamələr təqdim edilmişdir.
Riyaziyyat fakültəsinin tələbələrinin pedaqoji təcrübəsi uğurla başa çatmışdır. 
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az