Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti Sona Məmmədovanın 70 illik yubileyi qeyd olundu
SDU-nun dosenti Sona Məmmədovanın 70 illik yubileyi qeyd olundu
İyunun 2-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Xarici dillər kafedrasının dosenti Sona Məmmədovanın 70 illik yubileyi qeyd olundu.
Universitetin rektoru professor Elxan Hüseynov yubilyarın alim və pedaqoq kimi səmərəli elmi-pedaqoji fəaliyyətindən danışaraq bildirdi ki, 1995-ci ildən universitetdə müəllim, hazırda isə dosent vəzifəsində çalışan Sona Məmmədova ömrünün böyük bir hissəsini filologiya elminin tədrisinə, bu sahənin elmi araşdırılmasına və ixtisaslı kadrların hazırlanmasına həsr edib. O, onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir.
Çıxışdan sonra professor Elxan Hüseynov dosent Sona Məmmədovanı 70 illik yubileyi münasibətilə təbrik etdi və uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə ona Fəxri fərman və pul mükafatı təqdim etdi.
Sonda dosent Sona Məmmədova göstərilən diqqət və qayğıya görə universitetin rektoru professor Elxan Hüseynova öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, Filologiya fakültəsinin Xarici dillər kafedrasının dosenti Sona Məmmədova 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra indiki Şabran rayonunun Rəhimli kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1979-1996-cı illərdə Sumqayıt Politexnik Texnikumunda rus dili fənnini tədris etmişdir. 1988-ci ildə keçirilən Azərbaycan Müəllimlərinin I konfransında nümayəndə seçilmişdir. 2011-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildən dosentdir. 1995-ci ildən Azərbaycan Sənaye İnstitutunun (hal-hazırda SDU) Rus dili kafedrasında müəllim, hazırda isə dosent vəzifəsində çalışır.
1999-cu ildən YAP-ın üzvüdür. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az