Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirilən yarışların qalibləri mükafatlandırıldı
SDU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirilən yarışların qalibləri mükafatlandırıldı
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə SDU-da fakültələrarası 5 idman növü (stolüstü tennis, dama, şahmat, voleybol və basketbol) üzrə yarış, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi, “Nə? Harada? Nə zaman?” populyar intellektual oyunu təşkil olunmuşdur.
Keçirilən tədbirlərin qalibləri iyun ayının 2-də universitetin rektoru professor Elxan Hüseynov tərəfindən mükafatlandırıldı.
Mükafatlandırma mərasimini universitetin rektoru professor Elxan Hüseynov açaraq “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin Ulu Öndərin irsinin öyrənilməsi və nəsildən-nəslə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir və hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur.
Rektor onu da diqqətə çatdırdı ki, bu yarışların keçirilməsində əsas məqsəd Ulu Öndərin əziz xatirəsini daim yaşatmaqdan barətdir. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Bu gün Azərbaycanın dünyanın idman meydanlarında qazandığı möhtəşəm nailiyyətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizdə idmanın yüksək səviyyədə inkişafını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Gənclərə dövlət qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
Professor Elxan Hüseynov onu da vurğuladı ki, ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişaf səviyyəsinin gündən-günə yüksəldiyi bir zamanda, şübhəsiz, ali təhsil ocaqlarında da bu sahəyə xüsusi diqqət yetirilir. Respublikamızın digər ali təhsil ocaqları kimi Sumqayıt Dövlət Universiteti də dövlətimizin idmana göstərdiyi qayğıdan ruhlanaraq bu sahənin inkişafına öz töhfələrini verir.
Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. Qaliblərə fəxri fərmanlar, kubok və pul mükafatı, fərqlənən iştirakçılara isə sertifikatlar təqdim edildi.
Çıxışçılar da öz növbələrində tədbirlərin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az