Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsinin bir qrup əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailəsini ziyarət etdi
SDU-nun Filologiya fakültəsinin bir qrup əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailəsini ziyarət etdi
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, fakültənin Təlim və tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarova və tütoru Günay Alxasova 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevin uşaqları ilə görüşdülər. Görüşdə Sevinc Həmzəyeva universitet rəhbərliyinin adından uşaqları təbrik edərək, onlara Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim etdi.
Daha sonra dekan qeyd etdi ki, cənab Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. O bildirdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir.
Görüş zamanı Mehrab Niftəliyevin həyat yoldaşı Vüsalə Niftəliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etdi. Həmçinin bugünkü təşkil olunmuş görüşlə bağlı SDU-nun rektoru professor Elxan Hüseynova xüsusi təşəkkürünü bildirdi.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Niftəliyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd ̶ xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib. Mehrab Niftəliyev 2020-ci il noyabrın 8-də Şuşada şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Cənab Prezident İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az