Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Enactus komandası “Enactus Biznes Məktəbi”ndə final mərhələsinə vəsiqə qazandı
SDU-nun Enactus komandası “Enactus Biznes Məktəbi”ndə final mərhələsinə vəsiqə qazandı
Mayın 25-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə “Gənclər Paytaxtı” Mingəçevirdə “Enactus Biznes Məktəbi” adlı tədbirə start verildi. Mayın 26-da tədbirdə “Enactus Azərbaycan” komandaları üçün “Enactus Milli Yarış” simulyasiyası müsabiqəsi təşkil edildi. Simulyasiya milli yarışa komandaları hazırlamaq məqsədilə keçirildi.
Azərbaycanın 21 universitetindən müxtəlif komandalar 3 liqa üzrə yarışdı. Hər liqadan 2 qalib komanda növbəti tura vəsiqə qazandı.
Sumqayıt Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin yaratdığı “SDU Enactus” komandası 2-ci liqada qalib gəlmiş və final mərhələsinə vəsiqə qazanmışdır. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az