Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə BANM arasında imzalanmış memorandumun icra məsələlərinin müzakirəsi ilə bağlı İşçi qrupunun görüşü keçirildi
SDU ilə BANM arasında imzalanmış memorandumun icra məsələlərinin müzakirəsi ilə bağlı İşçi qrupunun görüşü keçirildi
Mayın 25-də SDU-nun nümayəndə heyəti ilə SOCAR-ın Bakı Ali Neft Məktəbinin heyəti arasında işgüzar görüş keçirildi. Görüşdə SDU tərəfindən Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Elmi hissənin müdiri dosent Samir Orucov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova, Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva, BANM tərəfindən isə Mühəndislik fakültəsinin dekanı Sevda Zərgərova, Tədris-metodiki şöbənin müdiri Rima Quliyeva, Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli, Davamlı təhsil fakültəsinin dekan müavini Bağçagül İmanova iştirak edirdi.
Görüş zamanı SDU-nun nümayəndə heyəti BANM-ın geniş, müasir tədris laboratoriyaları, idman zalı, tələbə evinə baxış keçirdilər.
SOCAR-ın Bakı Ali Neft Məktəbi və Sumqayıt Dövlət Universiteti arasında anlaşma memorandumunda əks olunmuş əməkdaşlıq istiqamətləri:  Tədris-metodiki vəsaitlərin hazırlanması, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib-hazırlanması və həyata keçirilməsi barədə fikir mübadiləsi aparıldı. Birgə əməkdaşlıq çərçivəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, bu sahədə qarşılıqlı dəstəyin göstərilməsi, tərəflərin fəaliyyət istiqamətlərinə uyğun təlimlərin, treninqlərin keçirilməsi, eləcə də əməkdaşların və tələbələrin zəruri ixtisaslar üzrə bilik və bacarıqlarının artırılması üçün müvafiq tədris kurslarına, təlimlərə qarşılıqlı cəlb edilməsi görüşün əsas prioritet məsələlərindən oldu. Bununla yanaşı, müxtəlif aktual mövzular üzrə birgə konfrans, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, tərəflərin aparıcı professor və müəllimlərin müvafiq təlim-tədris proseslərində mühazirə, seminar və laboratoriya dərslərinin aparılmasına qarşılıqlı cəlb olunması məsələləri müzakirə olundu.  
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az