Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrasının alimi SDU-nun tələbələrinə mühazirə oxudu
UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrasının alimi SDU-nun tələbələrinə mühazirə oxudu
Mayın 26-da Sumqayıt Dövlət Universitetində ezamiyyətdə olan Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının dosenti Nafisa Kuçukova beynəlxalq akademik mobillik çərçivəsində “İqtisadiyyatın idarə edilməsinin aləti kimi auditə yeni yanaşmaların formalaşması” mövzusunda SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə mühazirə oxudu.
Əvvəlcə tələbə heyətini salamlayan dosent SDU ilə UDNTU arasında həyata keçirilən belə tədbirlərin universitetlərarası əlaqələrin inkişaf etməsinə müsbət təsir etdiyini qeyd edildi. Daha sonra Nafisa Kuçukova mövzunun aktuallığından danışaraq, audit sahəsinin inkişafı üçün müasir yanaşmaların əhəmiyyətini və onun iqtisadiyyatın idarə olunmasındakı rolunu qeyd etdi.
Mühazirə dərsi auditoriya tərəfindən maraqla dinlənildi. Sonda dosent Nafisa Kuçukova dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az