Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft Texnologiya Universitetində Azərbaycan Respublikası auditoriyasının açılış mərasimi oldu
Ufa Dövlət Neft Texnologiya Universitetində Azərbaycan Respublikası auditoriyasının açılış mərasimi oldu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü  ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq keçirilən tədbirlər silsiləsindən növbəti tədbir mayın 24-də Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş “Azərbaycan Respublikası auditoriyası”nın təntənəli açılış mərasimi oldu.
Auditoriyanın açılış mərasimində UDNTU-nun rektoru Oleq Baulin və universitetin professor müəllim heyəti ilə yanaşı, UDNTU-da ezamiyyətdə olan Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayevin rəhbərliyi ilə Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovdan ibarət nümayəndə heyəti iştrak etdilər. Həmçinin tədbirdə Başqırdıstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan Respublikasının rəhbər nümayəndələri, Başqırdıstanda yaşayan Azərbaycan diaspora nümayəndələri və UDNTU-da hazırda təhsil alan 20-ə yaxın azərbaycanlı tələbə iştirak etdilər. Hibrid formatda baş tutan açılış mərasiminə hazırda Azərbaycanda səfərdə olan akademik Ramil Baxtizin, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, SDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev və digər struktur rəhbərləri də qoşulmuşdular.
Moderator UDNTU-nun rektoru Oleq Baulin qonaqları salamlayaraq, auditoriyanın universitet üçün vacib  əhəmiyyətindən danışdı və auditoriyanın yaradılması üçün materialların əldə olunmasında yaxından köməyə görə Heydər Əliyev Mərkəzinə, Sumqayıt Dövlət Universitetinə və birbaşa iştirakına görə UDNTU-nun məzunu Əyyub Bəbirova dərin təşəkkürünü bildirdi.
Sonra söz Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sabir Hacıyevə verildi. Sabir Hacıyev çıxışında bu auditoriyanın dünyada Azərbaycan ornametləri ilə bəzədilmiş mədəniyyət və incəsənətimizi tərənnüm edən ilk auditoriya olduğunu bildirərək tələbələrin belə bir mühitdə təhsil almasının əhəmiyyətini xüsusi ilə vurğuladı.
Daha sonra tədbirin əsas məruzəçisi və yeni auditoriyanın ilk çıxışçısı dosent Qafar Atayev SDU-nun rektoru professor Elxan Hüseynovun salamlarını çatdıraraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat yoluna həsr olunmuş “К 100-летию oбщенационального лидера азербайджанского народа Гейдара Алиевa” mövzusunda təqdimatla çıxış etdi. Azərbaycan auditoriyasının açılamasını son illərdə Assosiasiya çərçivəsində həyata keçirilən sıx əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirdi və SDU adından üzərində “Xarıbülbül” və milli çalğı alətlərinin rəsmi əks olunmuş lövhəni hədiyyə olaraq Oleq Baulinə təqdim etdi.
Məlumat üçün bildirək ki, auditoriyada Azərbaycanın dövlət simvolları, Heydər Əliyev irsi, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası, Azad Mirzəcanzadənin elmi məktəbi, ölkəmizin təbii sərvətləri, neft, iqlim və coğrafiyası, faydalı qazıntılar, elm və sənaye, mədəniyyət və incəsənəti, xalçaçılığı, tarixi abidələri - Qobustan, paytaxt Bakı, tarixə düşmüş görkəmli şəxsiyyətlər başlığı altında 12 lövhə yaradılıb.
Qeyd edək ki,nümayəndə heyəti eyni zamanda 23 ̶ 25 may 2023-cü il tarixlərində Ufada keçiriləcək 31-ci Beynəlxalq “Qaz. Neft. Texnologiya” sərgisində, UDNTU-da təşkil olunan Olimpiadada ekspert qismində  iştirak edəcək, Müstəqillik Günü münasibətilə Diasporanın təşkil etdiyi tədbirə qoşulacaqlar.   
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az