Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC-in üzvləri Beynəlxalq layihələrdə uğurla çıxış edirlər
TEC-in üzvləri Beynəlxalq layihələrdə uğurla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidentinin 22 May 2009-cu il tarixli 295 nömrəli sərancamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının Tədbirlər planı”nın 2.46 bəndinə uyğun olaraq Təhsil Naziri Mikayıl Cabbarovun 27 iyun 2014-cü il 752 nömrəli əmri ilə təsdiq olunmuş TEC-in əsasnaməsinə uyğun olaraq , elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi istiqamətində universitetimizdə mühüm addımlar atılır.Tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq məqsədilə tələbələrlə qarşılıqlı iş qurulur. Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin artırılmasına dair imzaladığı müvafiq sərəncama cavab olaraq tədbirlər planı hazırlanmışdır.Qısa zaman kəsiyində universitetimizdə müasir tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadr potensialı hazırlamaq üçün fundamental işlər görülür. 
Axırıncı bir ildə fakültələr üzrə seminarlar keçirilmiş və 78 elmi məruzədən ibarət “Seminar toplusu’’ çap olunmuşdur. Bu seminarlarda fərqlənən tələbələr respublikadan kənarda Beynəlxalq konfraslarda iştirak etmişlər. Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi “Texniki və riyaziyyat elmlər üzrə Beynəlxalq Gənclər Forumuna SDU-nun 22 tələbəsinin elmi məqalələri qəbul olunmuşdur. Bu konfransın plenar iclasında 6 universitetin çıxışı nəzərdə tutulmuşdur, sevindirici haldır ki, SDU TEC-nin elmi rəhbərinin Azərbaycan Dövlət Universitetlərində TEC-in fəaliyyəti haqqında məruzəsi  salınmışdır. 
Tələbələrimizdən 3 nəfər tələbə professor Cavanşir Məmmədovun rəhbərliyi ilə bu konfransda iştirak etmişlər.
TEC-in üzvləri Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Əfsanə Əsgərli(elmi rəhbəri dos.Paşayev İ.G)  “Анализы получения  диодов шоттки  и изготовление солнечныx элементов на основе  p-n  перехода с применением аморфного металлического сплава” və mühəndislik fakültəsinin IV kurs tələbələri  Sevda Suvarova (elmi rəhbəri-Cəfərova Ş.M)  “Интеллектуальная система проектировщика для автоматизации комплексного  проектирования технических систем “ , Emin Abdullayevin (elmi rəhbəri prof.Məmmədov C.F) “Разработка алгоритма оценка времени в момент эвакуации населения с применением нечетких алгебраических сетей петри” mövzularında  məruzə  ilə çıxış ediblər. Təqdim olunan mərüzələr konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur. Verilən suallar tələbələrimiz tərəfindən dolğun cavablandırılmışdır. 
Tədbirin sonunda  tələbələrimizə uğurlu çıxışlarına görə sertifakatlar və xüsusi mükafatlar verilib.
Bu konfransın davamı olaraq 2016-cı ildə Humanitar fənlər üzrə Beynəlxalq konfrans  keçiriləcək. SDU tələbələri  konfransda iştirak etmək üçün hazırlaşırlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az