Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tarix və coğrafiya fakültəsində TEC-in təşkilatçılığı ilə VIII tələbə elmi konfransı keçirildi
SDU-nun Tarix və coğrafiya fakültəsində TEC-in təşkilatçılığı ilə VIII tələbə elmi konfransı keçirildi
Mayın 16-da Tarix və coğrafiya fakültəsinin VIII tələbə elmi konfransı keçirildi. Plenar iclasın başlaması ilə konfransın işi açıq elan edildi.
Plenar iclasda fakültə dekanı professor Adil Baxşəliyev çıxış edərək Sumqayıt Dövlət Universitetində tələbələr üçün yaradılmış şəraitdən danışdı, TEC-in fəaliyyətinə uğurlar arzuladı.
SDU TEC-in elmi rəhbəri, dosent Lalə Bunyatova fakültə TEC-in ümumi iş prinsipindən, universitet üzrə görülən işlərdən söhbət açaraq, cəmiyyətin üzvlərinə uğurlar arzuladı.
Fakültə TEC-in elmi rəhbəri, baş müəllim Dilşad Süleymanlı fakültə üzrə hesabatla çıxış edərək görülən işlər haqqında məlumat verdi. TEC- sədri Solmaz Bəhramzadə çıxış edərək tələbələrə yeni-yeni müvəffəqiyyətlər arzuladı.
Konfrans plenar iclasda 4 tələbə, 4 bölmə üzrə ümumilikdə 83 tələbənin çıxışı ilə davam etdi.
Sonda çıxışları ilə fərqlənən 12 tələbə müxtəlif yerlərə layiq görülərək qiymətləndirildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az