Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universiteti Kottbus-Zenftenberqdə (BTU) ezamiyyətdə oldular
SDU-nun əməkdaşları Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universiteti Kottbus-Zenftenberqdə (BTU) ezamiyyətdə oldular
8-14 may 2023-cü il tarixlərində Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti: Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetində ezamiyyətdə oldular. Səfər zamanı Universitet əməkdaşları BTU-nun Kottbus və Zeftenberq şəhərlərində yerləşən korpuslarının maddi-texniki bazası, akademik heyəti, elmi-tədqiqat laboratoriyaları və tədrisin təşkili ilə yaxından tanış oldular. SDU və BTU nümayəndə heyəti arasında məzmunlu və ətraflı müzakirələr universitetlərin əməkdaşlığa başlamaq üçün hazır olduğunu göstərdi. Qeyd etmək lazımdr ki, bu əməkdaşlıq mümkün ola biləcək bütün istiqamətləri özündə əks etdirir.
Universitet əməkdaşları BTU-nun  Beynəlxalq əlaqələr ofisinin direktoru Merayke Kunz ilə görüşdü. Görüş zamanı Beynəlxalq əlaqələr ofisi  iki universitet arasında əlaqələrin qurulması üçün tipik prosedurlar, qarşılıqlı tələb və təkliflər haqqında ətraflı məlumat verdi.
Səfər çərçivəsində SDU nümayəndə heyəti ikili təhsil, ikili diplom və müxtəlif  proqramlar, eyni zamanda, universitetin elmi-tədqiqat, istehsalat laboratoriyaları ilə yaxından tanış oldular.
Məhsuldar görüşlərin məntiqi yekunu kimi SDU əməkdaşları və BTU-nun Maşınqayırma, elektrik mühəndisliyi və enerji sistemləri fakültəsinin nümayəndələri birgə ikili diplom proqramının hazırlanmasında maraqlı olduqlarını və bu mövzuda hər iki müəssisənin müəyyən ortaq nöqtələri olduğunu qeyd etdilər. İkili diplom proqramı ilə bağlı Yüksək konstruksiyalar və materiallar texnologiyaları ixtisasının koordinatoru, baş mühəndis Dr. Ralf Ossenbrik, Ətraf mühit və təbiət elmləri fakültəsinin dekanı Prof. Dr. Maykl Şmidt ilə görüşlər keçirildi. Dr. Ralf Ossenbrik bu istiqamətdə vacib məlumatlarla zəngin təqdimatla çıxış etdi və onların SDU-da analoji modelinin yaradılmasına stimul ola biləcəyini bildirdi.
BTU tərəfindən SDU məzunlarının müxtəlif ixtisaslar üzrə magistratura proqramına müraciət edə biləcəyi qeyd edildi. Bundan əlavə, tələbə və müəllim mobilliyinin, mübadilə proqramlarının həyata keçirilməsi üçün hazır olduqları bəyan edildi. 
BTU əməkdaşlarının SDU-nun nümayəndə heyəti üçün hazırladıqları çox zəngin görüş proqramının bir hissəsi kimi əməkdaşlar Drezden şəhərində Volksvagen şirkətinin elektrik maşınlar istehsal edən zavoduna da səfər etdilər və istehsalatla yaxından tanış oldular.
Ezamiyyət dövründə SDU nümayəndə heyətini BTU-nun Metalkəsən dəzgahlar kafedrasının müdiri, Maşınqayırma, elektronika və elektrik sistemləri fakültəsinin dekan müavini prof. Dr. Silvia Simon, universitetin digər akademik heyəti, həmyerlilərimiz: BTU-nun doktorantı İlqar Abbasov, elmi işçisi Daşqın Turabov və  Məhəbbət Süleymanov müşayiət etdilər.
Ezamiyyət çərçivəsində SDU nümayəndə heyəti Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində səfirin müşaviri, eyni zamanda,  Mədəniyyət və təhsil üzrə katibi ilə görüşdə oldu. Görüşdə SDU ilə səfirliyin təhsil sahəsində əməkdaşlığı istiqamətində müzakirələr aparıldı. Səfirlik nümayəndələri SDU ilə əməkdaşlığa müsbət yanaşdıqlarını qeyd etdilər. 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az