Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat fakültəsinin tələbələri ümumrespublika olimpiadasında final mərhələsinə vəsiqə qazandılar
SDU-nun İqtisadiyyat fakültəsinin tələbələri ümumrespublika olimpiadasında final mərhələsinə vəsiqə qazandılar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasına start verilib. Olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev İli”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır. 11, 12 və 16 may tarixlərində Bakı şəhəri və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində keçirilən yarışın birinci mərhələsində ölkənin 22 universitetindən 492 tələbə iştirak edib. 
Olimpiada, seçim və yekun turdan ibarət olmaqla, iki mərhələdə keçirilir. İlkin mərhələdə tələbələr təqdim olunmuş sualları test imtahanı formatında cavablandırmaqla, vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar. Olimpiadanın seçim turu mərhələsi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb və təqdim edilmiş test sualları əsasında aparılıb. Bu mərhələdə hər universitetdən 50 baldan yuxarı ən yüksək nəticə göstərən 5 nəfər tələbə yarışın final mərhələsinə vəsiqə qazanıb.
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Səbinə Mehrəliyeva, Aqil Nağıyev, Fidan Rəhmanova, Esmira Əmiraslanova və  Miridə İsmayılova 50 baldan yuxarı yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar. Seçim turunda uğur qazanan namizədlər iyun ayında Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinə səfər edəcək və orada final mərhələsində yarışacaqlar. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az