Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı açıq dərs keçirildi
SDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı açıq dərs keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla bağlı Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir.
SDU-nun Xarici dillər kafedrasının müəllimi Ləman Qocayeva tərəfindən Mühəndislik fakültəsinin 652a qrupunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş açıq dərs təşkil olunub.
Dərs Ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Dövlət Himnimiz səsləndirildi.
İngilis dilində keçirilən dərsdə tələbələr müxtəlif mövzularda təqdimatlarla çıxış etdilər. Tələbələr: Nicat Bayramzadə" Heydər Əliyev və Azərbaycanın müstəqilliyi", Əli Qurbanov "Heydər Əliyev və Azərbaycan dili", Amin Əliyev isə "Heydər Əliyevin təhsil siyasəti" mövzusunda təqdimatlarla çıxış etdilər. Tələbə Şamil Şanıyev dünyanın müxtəlif şəhərlərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan park və xiyabanlar, ucaldılmış abidələr haqqında təqdimat etdi.
Daha sonra müəllim Ləman Qocayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanda şəhərlərin inkişafındakı rolundan, eləcə də Sumqayıt şəhərinin müasir şəhər kimi formalaşması istiqamətində gördüyü işlərdən danışdı.
Ümumilli Lider  Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sumqayıt şəhərinə etdiyi səfərləri özündə əks etdirən təqdimat və videoçarx nümayiş olunub.
Dərsdə Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, kafedranın müəllimləri iştirak etdilər. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az