Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX-XI sinif şagirdləri arasında kimya və biologiya üzrə fənn olimpiadası keçirildi
SDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX-XI sinif şagirdləri arasında kimya və biologiya üzrə fənn olimpiadası keçirildi
Mayın 13 - də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX- XI sinif şagirdləri arasında kimya və biologiya üzrə fənn olimpiadası keçirildi.
Olimpiadanın açılışında fakültənin dekanı dosent Mahal Muradov  çıxış edərək Olimpiadanın əhəmiyyəti və məqsədindən söhbət açdı. Bildirdi ki, Olimpiada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. Dekan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açaraq, dünya şöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini qeyd etdi. Ulu Öndər Heydər Əliyevin öz biliyi, qətiyyəti, güclü iradəsi, liderlik bacarığı ilə dünya liderlərindən seçildiyini deyən dosent Mahal Muradov Ulu Öndər haqqında dünyanın tanınmış siyasətçilərinin söylədikləri dəyərli fikirləri səsləndirdi, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü misilsiz xidmətlərindən, zəngin həyat və idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından bəhs etdi.Dekan onu da qeyd etdi ki, ölkə başçısının sərəncamları əsasında təhsilin normativ-hüquqi bazası möhkəmləndirilmiş, qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. “Dövlət Strategiyası”nda nəzərdə tutulan islahatların aparılması daha bilikli, dünyagörüşlü vətəndaşların yetişdirilməsinə böyük imkanlar yaradır. Strategiyada nəzərdə tutulan məsələlərdən biri də istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsidir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti böyük missiyanı yerinə yetirərək hər il müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil edir.Sonra Kimya və biologiya fakültəsinin dekan müavini, Neft kimyası və kimya mühəndisliyi kafedrasının dosenti Müşkünaz Nəzərova çıxış edərək olimpiadanın təşkil edilməsinin intellektual və savadlı gənclərin üzə çıxması və yüksəkixtisaslı kadrların yetişməsi istiqamətindəki vacibliyindən bəhs etdi.Qeyd edək ki, Olimpiadada Sumqayıt şəhəri üzrə 34 ümumtəhsil  məktəbindən 198 şagird iştirak etdi.100 nəfər kimya, 98 nəfər isə biologiya fənni üzrə biliklərini sınadılar. Məktəblərdə elmə maraq yaratmaq məqsədilə keçirilən Olimpiadanın sualları universitetin alimləri tərəfindən hazırlanıb.
Olimpiadanın nəticələri elan olunduqdan sonra qaliblərə diplom və mükafatlar təqdim olunacaq.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az