Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev müstəqil Azərbaycan elektroenergetikasının qurucusudur” adlı elmi-praktiki konfrans keçirildi
SDU-da “Heydər Əliyev müstəqil Azərbaycan elektroenergetikasının qurucusudur” adlı elmi-praktiki konfrans keçirildi
Mayın 4-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan elektroenergetikasının qurucusudur” adlı elmi-praktiki konfrans keçirildi.
Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfrans fakültənin III kurs tələbəsi Musa Xəlilovun ifasında  “Ulu Öndər”şeiri ilə başladı.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov giriş sözündə Azərbaycanın elektrik enerji sisteminin sürətli inkişaf dövrünün Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirdi. Dosent Elmar Xəlilov Ulu Öndərin birinci rəhbərliyi dönəmində ölkənin elektrik enerjisi ilə təminatında bir çox irimiqyaslı layihələrin reallaşdırıldığını xatırlatdı, ölkəmizin nəhəng enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd etdi. Prorektor  “Cənub Qaz Dəhlizi”nin xalqımızın tarixində əhəmiyyətli yer tutduğunu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsi olduğunu vurğuladı.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova “Heydər Əliyevin Azərbaycanın müstəqil enerji sisteminin formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycan elektrik energetikasının yüz ildən artıq uzun və şərəfli tarixinin son əlli ilinin Ümummilli Liderin adı ilə bağlı olduğunu deyən dekan Prezident İlham Əliyevin bu istiqamətdə apardığı fundamental islahatlar barədə danışdı.
Azərbaycan Elmi -Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə müdiri Valeh Nəsibov “Azərbaycan elektroenergetikasının bu günü və sabahı” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqil dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs edərək, konkret rəqəmlərlə tədbir iştirakçılarında aydın təsəvvür yaratdı.
“Azərişıq” ASC Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə təmsilçisi olduğu qurumun aparılan genişmiqyaslı yenidənqurma işləri, elektroenergetika sahəsinin müasir tələblər əsasında qurulması haqqında geniş məlumat verdi və ““Azərişıq”-işğaldan azad olunmuş ərazilərin elektrikləşdirilməsi” mövzusunda məruzə etdi. 44 günlük müharibə zamanı işğaldan azad edilən ərazilərdə dağıdılmış enerji infrastrukturunun yenidən qurulması, bərpası məqsədilə genişmiqyaslı layihələrdən danışan Mərkəz direktoru qeyd etdi ki, artıq azad olunmuş ərazilər, bütövlükdə Qarabağ "yaşıl enerji" zonası elan edilib və bununla bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı imzalanıb.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı.
 Konfrans “Dədə Heydər” şeiri ilə yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az