Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev və türk dünyası: ictimai, iqtisadi və mədəni əlaqələr” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı
SDU-da “Heydər Əliyev və türk dünyası: ictimai, iqtisadi və mədəni əlaqələr” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı
Mayın 4-də Sumqayıt Dövlət Universitetində “Heydər Əliyev və türk dünyası: ictimai, iqtisadi və mədəni əlaqələr” mövzusu üzrə onlayn formatda keçirilən Beynəlxalq elmi konfrans öz işinə başladı.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak etdilər.
Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın işinə uğurlar arzulayaraq əhəmiyyətindən bəhs etdi. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini Azərbaycan tarixinin əlamətdar hadisəsi olduğunu vurğulayan prorektor qeyd etdi ki, hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində respublikamızın müxtəlif müəssisə və təşkilatlarında, o cümlədən SDU-da keçirilən silsilə tədbirlərdə dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilir.
Professor Ramazan Məmmədov Ümummilli Liderin türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə strateji işlər gördüyünü, həmçinin, regionda irimiqyaslı layihələrin reallaşdırılmasında, türk dünyası ölkələri arasında birliyin möhkəmlənməsində xidmətlərini qeyd etdi. Bu siyasətin bu gün Prezident İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirildiyini, bunun indiki və gələcək nəsillərə nümunə olduğunu, xalqlarımızın yaddaşında əbədi yaşayacağını vurğuladı.
Daha sonra Hacəttəpə Universitetinin professoru, SDU-nun Fəxri Doktoru Şükrü Akalın konfrans iştirakçılarını salamladı və “Haydar Aliyevin söz varlığı üzerine araştırmalar” mövzusunda geniş məruzə etdi. Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən, türk dünyasının tarixindən danışdı, bildirdi ki, Heydər Əliyev öz üstün zəkası ilə türk dünyasında birliyin formalaşdırılması üçün uzaqgörən addımlar atıb, türkdilli dövlətləri birləşdirən  qlobal layihələr həyata keçirib.
Sonra Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov “Azərbaycanda dövlət dil siyasətinin Heydər Əliyev mərhələsi”, Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru İmperiyat Xalipayeva “Dağıstan-Azərbaycan mədəni əlaqələri”, Acıniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutunun dosenti Irıstı Kuttımuratova “Abay yaradıcılığı və türk xalqlarının mənəvi dəyərləri”, Jusup Balasaqın adına Qırğızıstan Milli Universitetinin dosenti Bəqayım Jaliyeva “Heydər Əliyevin Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfəsi” mövzularında çıxış edərək bildirdilər ki, Ümummilli Liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yer tutub.
Qeyd edək ki,konfrans öz işini 2 gün ərzində davam etdirəcək. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az