Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kainatda ədədlərin sirri” adlı tədbir keçirildi
SDU-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kainatda ədədlərin sirri” adlı tədbir keçirildi
Mayın 4-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Kainatda ədədlərin sirri” adlı tədbir keçirildi.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində təşkil olunan  silsilə tədbirlərdən biri də  “Kainatda ədədlərin sirri” adlı tədbirdir.
Dosent Məftun Heydərova çıxışında ölkəyə istər birinci, istərsə də, ikinci dəfə rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyevin xalqın tərəqqisi üçün daim təhsilə verdiyi yüksək qiymətdən, Azərbaycan təhsilinin inkişafı naminə gördüyü son dərəcə böyük işlərdən, təhsillərini davam etdirmələri üçün dövlət hesabına tələbələrin xarici ölkələrə göndərilməsindən, təhsilin bugünkü inkişafında dahi liderin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin gördüyü əvəzsiz xidmətlərdən danışdı, intellektual və savadlı gəncliyin, yüksəkixtisaslı kadrların yetişdirilməsində dövlət dəstəyindən bəhs etdi.
Kainatda ədədlərin sirrindən söz açan dosent Məftun Heydərova onu da diqqətə çatdırdı ki, sirli rəqəmlər tarixboyu insanlar üçün maraqlı olub. Rəqəmlər və ədədlər yalnız bir riyazi işarə deyil, onların insan həyatında böyük rolu vardır.
Daha sonra fakültə tələbələrinin iştirakı ilə musiqilər səsləndirildi.  Tədbirdə tələbələrin hazırladığı təqdimat və səhnəciklər təqdim olundu.
Sonra Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova tədbir haqqında öz təəssüratlarını bölüşərək qeyd etdi ki, “Kainatda ədədlərin sirri” adlı maraqlı tədbir Ulu Öndərin əziz xatirəsinə həsr olunmuşdur. Dekan dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və vətənimiz qarşısında tarixi xidmətlərindən bəhs etdi. Bildirdi ki, Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə “baxıb keçdiyi bir pəncərə”yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir. Məhz belə şəxsiyyətlərin surəti tarixin şərəf  lövhəsində özünə daimi yer qazanır və tarix davam etdikcə onların şərəfli əməlləri də yaşayır. Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması Heydər Əliyevdir. O əbədiyyətə qovuşub, onun yaratdığı tarix isə öz uğurlu yoluna davam etməkdədir. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.
Dosent Xalidə Həsənova onu da qeyd etdi ki, Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq.
Tədbir bədii hissə ilə davam etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az