Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Komanda quruculuğu” mövzusunda tədbir keçirildi
SDU-da “Komanda quruculuğu” mövzusunda tədbir keçirildi
Mayın 2-də Sumqayıt Dövlət Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “Komanda quruculuğu” mövzusunda tədbir keçirildi.
Tədbirdə SUP.VC şirkətinin direktoru Rəşad Eyvazov, İnnovasiya üzrə ekspert Vüsal Kərimli, SDU Elmi hissənin müdiri dosent Samir Orucov, TEC-in elmi rəhbəri dosent Lalə Bünyatova, bütün fakültələrin TEC rəhbərləri və üzvləri olan tələbər, Gənc Alimlər Şurasının üzvləri iştirak etdilər.
Sonra Rəşad Eyvazov iştirakçıları salamladı və görüşün təşkilinə və yaradılan şəraitə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə təşəkkür etdi, rəhbərlik etdiyi şirkətin təşkilatçılığı ilə həyata keçirilən layihələrdən bəhs etdi.
Ekspert Vüsal Kərimli “Komanda quruculuğu” mövzusunda geniş məruzə etdi. Bildirdi ki, görüşün keçirilməsində məqsəd iştirakçılara startap qurarkən düzgün komanda formalaşdırmaq, komanda üzvlərini doğru seçmək, vəzifə bölgüsü haqqında məlumat verməkdir. Həmçinin əsas məqsədimiz regionlarda öz startapını, biznesini qurmaq istəyən şəxslər üçün bu sahə üzrə mövcud imkanları əlçatan etməkdir.
Ekspert Vüsal Kərimli gənclərə layihə çərçivəsində komanda quruculuğu haqqında slayd vasitəsilə ətraflı məlumat verdi.
Həmçinin İştirakçılara Startap qurarkən düzgün komanda formalaşdırmaq, komanda üzvlərini doğru seçmək və vəzifə bölgüsü haqqında ətraflı məlumat verildi. Əsas məqsədi regionlarda öz Startapını və biznesini qurmaq istəyən şəxslərə bu sahə üzrə mövcud imkanları əlçatan etmək olan görüşdə tələbələr mentorlara çoxsaylı suallar ünvanladılar.
Yeni həll yolları, imkan və fürsətlərlə bağlı görüş iştirakçıları arasında maraqlı müzakirələr aparıldı.
Qeyd edək ki, təşkilatçılar gənclərin bu marağını nəzərə alaraq, belə görüşlərin davamlı xarakter alacağını qeyd etdilər. Bildirildi ki, regionlardan olan belə fəal tələbələrlə işləmək çox səmərəli nəticələr verəcəkdir.   
 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az