Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universiteti arasında videogörüş keçirildi
Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universiteti arasında videogörüş keçirildi
Aprelin 11-də Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universiteti arasında keçirilən videogörüşün məqsədi Rusiya-Azərbaycan Universitetləri Assossasiyası çərçivəsində əməkdaşlığın artırılması, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UDNTU-da Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş auditoriyanın yaradılması ideyasının müzakirəsi idi.     
Məlumat üçün bildirək ki, auditoriyada Azərbaycanın dövlət simvolları, Heydər Əliyev irsi, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası, Azad Mirzəcanzadənin elmi məktəbi, ölkəmizin təbii sərvətləri, neft, iqlim və coğrafiyası, faydalı qazıntılar, elm və sənaye, mədəniyyət və incəsənəti, xalçaçılığı, tarixi abidələri ̶ Qobustan, paytaxt Bakı, tarixə düşmüş görkəmli şəxsiyyətlər başlığı altında 12 lövhə yaradılacaq. 
UDNTU-nun rektoru Oleq Baulinin moderatorluğu ilə baş tutan tədbirdə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev, Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, UDNTU-dan isə Beynəlxalq fəaliyyətin inkişafı üzrə prorektor Nail Canişev, Əmlak kompleksinin istismarı və inkişafı üzrə prorektor Oleq Qurinçuk və Təşkilatlar və tərəfdaşlarla iş şöbəsinin müdiri Anton Tyusenkov iştirak etdilər.
Görüşün sonunda rektor Oleq Baulin Sumqayıt Dövlət Universitetinin nümayəndə heyətini UDNTU-da Azərbaycan auditoriyasının təntənəli açılışında və 23 ̶ 25 may 2023-cü il tarixlərində Ufada keçiriləcək 31-ci Beynəlxalq “Qaz. Neft. Texnologiya” sərgisində iştirak etməyə dəvət etdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az