Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Gənclər Evində inkubasiya proqramı ilə bağlı tədbir olub
Sumqayıt Gənclər Evində inkubasiya proqramı ilə bağlı tədbir olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə regionlar üzrə yeni inkubasiya proqramına qeydiyyat başlayıb. İnkubasiya proqramının məqsədi regiondakı startap ideyalarını inkişaf etdirmək, onları işlək məhsula çevirmək və yeni innovativ biznes yaratmaqdır. Proqram təməl biliklər verməklə, ilkin işlək məhsulu yaratmağa, satış prosesini qurmağa köməklik göstərəcəkdir.
Bununla bağlı ilk tədbir aprelin 6-da Sumqayıt şəhər Gənclər Evində keçirildi. Tədbirdə “SUP.VC” şirkətinin direktoru Rəşad Eyvazov, innovasiya üzrə ekspert Vüsal Kərimli, SDU Elmi hissənin müdiri dosent Samir Orucov, TEC-in elmi rəhbəri dosent Lalə Bünyatova, fakültə TEC rəhbərləri və üzvləri olan tələbələr, Gənc Alimlər Şurasının üzvləri fəal iştirak etdilər.
Qeyd edək ki, iştirakçılar könüllü şəkildə əvvəlcədən göndərilmiş link əsasında qeydiyyatdan keçmişdilər.  
Tədbirdə fəal iştirak edən tələbələr öz ideyalarını səsləndirdi, ideyaların inkubasiya proqramına və startapa uyğunluğu ilə bağlı müzakirələr aparıldı. Təlimçi və mentorlar, eləcə də tədbirdə iştirak edən professor-müəllim heyəti tələbələrə gərəkli məlumatlar verdilər. Tədbirdə səslənən bir neçə ideya bəyənildi, onların layihə halına salınaraq, gələcəkdə investorlara təqdim etməyi “SUP.VC” şirkəti öz üzərinə götürdü. Xüsusi vurğulandı ki, vaxtilə belə gənclər tərəfindən ideya kimi irəli sürülən layihələr bu gün dünyada milyonlarla dollar dəyərində qiymətləndirilir. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az