Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | UNESCO kafedraları ilə bağlı məlumatlandırma sessiyası
UNESCO kafedraları ilə bağlı məlumatlandırma sessiyası
Aprelin 4-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası və UNESCO arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə AR-nın UNESCO yanında daimi nümayəndəsi cənab Elman Abdullayevin iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq üzrə prorektorları və beynəlxalq şöbə müdirləri üçün məlumatlandırma sessiyası (virtual formatda) keçirildi.
Tədbir Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədovun moderatorluğu ilə keçirilirdi.
Səfir Elman Abdullayev ATM-in nəzdində UNESCO kafedralarının yaradılması, müraciət forması, fəaliyyəti, digər UNESCO kafedraları ilə UNİTWIN şəbəkəsinə qoşulmağın üstünlükləri, UNESCO klubları, Assosiativ Məktəblər Şəbəkəsinin fəaliyyəti və digər milli-mədəni irsin təbliğı layihələrinin icrası və əhəmiyyəti barədə geniş məlumat verdi.
Görüş, iştirakçıları maraqlandıran sual-cavab sessiyası ilə başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az