Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda tədbir olub
SDU-da “Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda tədbir olub
Aprelin 6-da SDU “Gənc politoloqlar” klubunun təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusu üzrə tədbirdə Tarix və coğrafiya fakültəsinin professor-müəllim, həmçinin tələbə heyəti iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq bildirdi ki, buranın yerli əhalisinə, Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti XX əsrin əvvəllərində erməni millətçiləri, kilsə xadimlərinin təhriki ilə baş tutub və 1918-ci ildə Qərbi Azərbaycanda yaradılan Ermənistan Respublikasının dövlət siyasətinə çevrilib.
Dekan onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbəmiz təkcə işğal altındakı ərazilərimizin azad olunması, 1 milyondan artıq keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtmasına deyil, 32 il qaçqın həyatı yaşamış insanlarımıza da yeni ümidlər verdi. Bu gün həmin fəaliyyətin reallaşdırılması üçün real addımlar atılır. 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışındakı nitqində Prezident İlham Əliyev Azərbaycan dövlətinin sona qədər onların yanında olacağını bəyan etdi. Professor Adil Baxşəliyev artıq Qərbi Azərbaycan İcmasının bəyanatla BMT-yə müraciət etdiyini, Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanaraq haqq və ədalətin bərpası üçün hərəkətə keçdiyini bildirdi. Bu istiqamətdəki fəaliyyətin kontekstindən çıxış edərək “Gənc politoloqlar” klubunun təşkil etdiyi tədbirin səmərəliliyinə inandığını qeyd edən Adil Baxşəliyev klub üzvlərinə və iştirakçılara uğurlar arzuladı.
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov “Qərbi Azərbaycan icmasının yaranma zərurəti”, həmin kafedranın müəllimi Nailə Qasımova “Qərbi Azərbaycan ərazisində soyqırımına məruz qalan milli-mədəni sərvətlərimiz”, fakültənin tələbələri: Əbülfəz Məmmədov “Ermənistanın etnik təmizləmə siyasəti”, Samir İsmayılov ”Avropa İttifaqı və Ermənistan” mövzusunda məruzələrlə çıxış etdilər.
Məruzələrdən sonra başlayan müzakirələrin predmeti Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının sülh və danışıqlar yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə təmin olunması, onlara maddi təzminatın verilməsi, reabilitasiya və reinteqrasiya olunmasında Ermənistan hökuməti ilə birgə BMT-nin məsuliyyəti və rolu barədə oldu. Həmçinin iştirakçılar Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı geniş fikir mübadiləsi apardılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az