Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz mühasibatlıq sahəsində beynəlxalq sertifikata layiq görüldülər
Tələbələrimiz mühasibatlıq sahəsində beynəlxalq sertifikata layiq görüldülər
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının təşəbbüsü ilə yeni akkreditə olunmuş “Finans Academy” tədris mərkəzində ICB “Certificate in Advanced Bookkeeping” üzrə ilk təlimlər başa çatdı.
APFM rəhbərliyi və proqramın təlimçiləri dinləyiciləri təbrik etdilər, bildirdilər ki,  peşəkar kadr hazırlığı böyük əhəmiyyət kəsb edir, dinləyicilər tədris müddətində mühasib kimi işə başlamaları üçün lazım olan bilik və bacarıqlar əldə edərək biliklərini təcrübədə tətbiq edirlər.
Qeyd etdilər ki, dinləyicilər arasında Sumqayıt Dövlət Universitetinin Mühasibat uçotu ixtisası üzrə 4-cü kurs tələbəsi Nuriyyə Hüseynova və magistrant Türkan Seyfullayeva tədris müddətini uğurla başa vuraraq, yekun imtahanda topladıqları yüksək bala görə mühasibatlıq sahəsində ICB “Certificate in Advanced Bookkeeping” üzrə beynəlxalq sertifikata layiq görülüblər.
Tədbirdə SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış edərək APFM rəhbərliyinə maliyyə və mühasibat sahəsində peşəkar mütəxəssislərin hazırlanmasında təşkil etdikləri layihələrə fakültənin bir qrup müəllim, tələbə və magistrantını dəvət etdiklərinə görə minnətdarlığını bildirdi və sertifikatlara layiq görülmüş bütün dinləyiciləri təbrik etdi.
Sonda təlimi müvəffəqiyyətlə başa vurmuş və imtahanlardan uğur qazanmış dinləyicilərə sertifikatlar təqdim olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az