Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Ulu Öndərin izi ilə...” adlı dəyirmi masa
“Ulu Öndərin izi ilə...” adlı dəyirmi masa
Aprelin 1-də Tələbə Gənclər Təşkilatının və Sumqayıt Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində “Ulu Öndərin izi ilə...” adlı dəyirmi masa təşkil olundu.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dəyirmi masanıgiriş sözü ilə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu açaraq iştirakçıları salamladı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın əvəzsiz lideri olaraq dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışdı. Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın bu gün də inkişaf etdiyini vurğuladı. Dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirdi.
Elmin Novruzlu onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, kinoteatr, klub, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Mədəniyyətin bütün sahələrində görünməmiş uğurlar qazanıldı. Bu qayğı sayəsində neçə-neçə görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş yetişdi. Onlara fəxri adlar verilməsi, yubileylərinin keçirilməsi ənənə halını aldı. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra isə TGT Kitab klubunun sədri Əmrahova Ayşə Heydər Əliyevin ədəbiyyatımıza necə böyük qayğı ilə sahib çıxmasından danışdı. M.P.Vaqif, X.Natəvan və s. şəxsiyyətlərin məqbərələrinin açılması, Ulu Öndərin şair və yazıçılarla görüşündən söhbət açdı.  Ardınca isə şifahi xalq ədəbiyyatı dahilərinin kitabları müzakirə olundu.
Müzakirə zamanı sevgi, sədaqət, müasir dövrün məişət problemləri, illərdir sahib olduğumuz mental düşüncəyə münasibət, ailə münasibətləri, gənclərin müasir dövrün həyat tərzinə hansı şəkildə adaptasiya olması və s. məsələlərə toxunularaq gənclərin fikirləri öyrənildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az