Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi məqalələrə görə mükafatlandırma komissiyasının növbəti iclası keçirildi
Elmi məqalələrə görə mükafatlandırma komissiyasının növbəti iclası keçirildi
Martın 28-də Sumqayıt Dövlət Universitetində “Elmi məqalələrə görə mükafatlandırma komissiyası”nın növbəti iclası keçirildi. İclasda komissiyanın üzvləri: sədr–Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov; üzvlər: Elmi hissənin müdiri dosent Samir Orucov, Elektronika və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mənsurov, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov iştirak etdilər.
İclası Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı və görüşün əhəmiyyətindən bəhs etdi. SDU-nun Elmi Şurasının 23.01.2019-cu il tarixli (prot. №05) iclasının qərarına əsasən hər il universitetdə keçirilən mükafatlandırma müsabiqəsində son 2021-2022-ci illərdə Web of Science, Scopus və REİİ (РИНЦ) məlumat bazalarına daxil olan jurnallarda əməkdaşlarımızın müəllifliyi ilə 150 məqalənin təqdim olunması və hər tərəfli təhlil edilməsi barəsində məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, mükafatlandırma sistemində məqalələrin aktuallığı, mövcud istinadların sayı və müəlliflərin tədqiqat işində fərdi payları nəzərə alınmışdır.
Müzakirə zamanı Komissiya üzvləri son illərdə SDU əməkdaşlarının bu sahədə aktivliyini xüsusilə qeyd etdilər. Bildirdilər ki, SDU-da keçirilən mövzuya uyğun seminar və vebinarların nəticəsi olaraq alimlərimiz müasir elmmetriya barəsində olduqca məlumatlı olmuş və nəşr olunan beynəlxalq səviyyəli elmi işlər və məqalələrin sayı artmışdır.
Sonda Komissiya üzvləri tərəfindən mükafata layiq görülən müəlliflər yekdilliklə seçildi və onlar barəsində məlumatın təqdim olunması qərara alındı. Web of Science məlumat bazasına daxil olan jurnallarda dərc edilən hər bir məqaləyə görə 300 Azn, Scopus və REİİ (РИНЦ) məlumat bazasına daxil olan jurnallarda dərc edilən hər bir məqaləyə görə 200 Azn məbləğində birdəfəlik mükafatın verilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, SDU-da elmi-tədqiqat işlərinin daha da stimullaşdırılmasını təmin etmək məqsədilə elmi məqalələrə görə mükafatlandırılma tədbirləri universitetin rektorunun 29.01.2019-cu il tarixli R-10/1 saylı əmrinə əsasən keçirilir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az