Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər
SDU-nun əməkdaşları Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər
Martın 18-də Bakı Marriott Bulvar otelində Qazaxıstan Respublikasının Bolaşaq İnkişaf Fondunun və Azərbaycan Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Təhsil Sərgisi keçirildi.
Öncədən qeyd edək ki, Bakıda təşkil olunmuş Beynəlxalq Təhsil Sərgisinin ilk görüşü Qazaxıstanın Aktau, Atırau şəhərlərində keçrilmişdir. Sərginin davamı Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunacaq.
Sərginin keçirilməsində məqsəd iştirakçılara təmsil etdikləri ölkədə əcnəbi vətandaşlar üçün təhsil imkanlarının marketinqinin həyata keçirilməsinə, ali təhsil müəssisələri arasında beynəlmiləlləşməsi sahəsində şəbəkələşmə imkanlarının genişləndirilməsinə dəstək verməkdir.
Sərgidə Çin, Avstraliya, Koreya, Rusiya Federasiyası, Polşa, Sinqapur, Gürcüstan və s. kimi ölkələrin və yerli ali təhsil və tədris müəssisələrinin təmsilçiləri, təhsil ekspertləri, eləcə də xaricdə təhsil almaq istəyən abituriyentlər, tələbələr, magistrantlar, valideynlər iştrak etdilər.
Sərginin proqramına uyğun olaraq, təhsil idarəçiləri üçün mübadilə proqramları vasitəsilə akademik mobilliyin həyata keçirilməsi barədə seminar təşkil olundu.
Sərgidə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və şöbənin əməkdaşı Gülnar Hüseynova təmsil etdilər. 
Nümayəndə heyətimiz sərgidə iştirak edən təmsilçilərə Sumqayıt Dövlət Universitetinin maddi-texniki bazası, kadr potensialı, beynəlxalq əlaqələri barədə məlumat verdilər. Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, beynəlmiləlləşməsi siyasətinin təkmilləşməsi, əcnəbi tələbələrin tədrisə cəlb edilməsi və digər məsələlər üzrə görüşlər apardılar.
Qarşılıqlı diskussiya şəklində keçən görüşdə universitetin tarixini, inkişaf mərhələlərini, təhsilverən olaraq imkanlarını əks etdirən broşurlar və xatirə atributları payladılar. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az