Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | REFRESH layihəsi çərçivəsində ilk görüş keçirildi
REFRESH layihəsi çərçivəsində ilk görüş keçirildi
Martın 17-də Sumqayıt Dövlət Universitetinin tərəfdaş olduğu və Avropa Birlyi tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası” adlı layihənin iştirakçıları ilə görüş keçirildi.
Onlayn formatda təşkil olunmuş görüşdə Azərbaycan universitetlərindən layihə koordinatoru Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC), Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və AB tərəfdaşlarından Danimarka Texniki Universiteti, İsveç Kral Texnologiyalar İnstitutu və Barselona Universitetinin nümayəndələri iştirak etdilər.
Görüşdə hər bir universitet öz layihə komandasının üzvləri və universiteti haqqında məlumat verərək bu layihə çərçivəsində görüləcək iş paketləri barəsində ətraflı danışdılar. Müzakirələrdən sonra Avropa partnyorlarının Bakı səfərinin tarixinin 16-21 aprel olacağı müəyyənləşdi.
Görüşdə Sumqayıt Dövlət Universitetini beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və şöbənin əməkdaşı Aysel Eminova təmsil etdilər.
Görüşün məqsədi yerli və Avropa ölkələrindən olan tərəfdaş universitetlərin layihə heyətini bir araya gətirmək, universitetlərlə tanışlıq və Avropa universitetlərinin mütəxəssislərinin Bakı görüşünün tarixini müəyyən etmək idi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az