Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU nümayəndələri Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər
SDU nümayəndələri Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər
Martın 12-də Türkiyənin İstanbul şəhərində “ENDLESS GROUP Eğitim Bilişim Fuarcilik” AŞ-nin təşkilatçılığı ilə VEF Beynəlxalq Tələbə Qəbulu üzrə Sərgi keçirildi. Sərgidə Avropanın əksər ölkələrindən 100-dən çox ali təhsil və tədris müəssisələrini təmsil edən nümayəndələr və xaricdə təhsil üzrə mütəxəssislər iştirak edirdilər.
Təşkil edilən sərginin əsas məqsədi xaricdə təhsil agentliklərini və abituriyentləri bir araya gətirərək, onları ali təhsil müəssisələrinin tədris imkanları, əcnəbi tələbə qəbulu şərtləri barədə məlumatlandırmaq idi. Əcnəbi tələbələrin qəbulu istiqamətində marketinq fəaliyyəti çərçivəsində Sumqayıt Dövlət Universiteti də sərgidə iştirak edirdi.
Günün birinci yarısı sərginin proqramına uyğun olaraq nümayəndələr marketinq üzrə təlim çərçivəsində təmsil etdikləri müəssisələr haqda və təhsil imkanları barədə qarşılıqlı informasiya mübadiləsi apararaq, ətraflı məlumatlar əldə etdilər.
Günün 2-ci yarısı Türkiyəli abituriyentlər, tələbələr və valideynlər xaricdə təhsil almaq seçimi etmələri üçün sərgi iştirakçılarının xidmətlərindən yararlandılar.
Qeyd edək ki, sərgi onlayn formatda 7 gün müddətində davam edəcək, həmçinin 1 il ərzində sərginin rəsmi saytını ziyarət edən iştirakçılar universitetlərin məlumatlarını əldə edəcək və müvafiq şəxslərlə əlaqə saxlaya biləcəklər. Bundan əlavə, SDU-nun əcnəbi tələbələr üçün təklif etdiyi imkanlar barədə müfəssəl məlumatlar sərginin portalı üzərindən ziyarətçilərə çatdırılacaq.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az