Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd edildi
Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd edildi

Noyabrın 5-də Riyaziyyat fakültəsində Dövlət Bayrağı günü və Konstitusiya günü münasibəti ilə tədbir keçirildi.
Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlandı.
Tələbələr qarşısında çıxış edən Riyaziyyat fakültəsinin dekan müavini, dosent Məhəmmədəli Məmmədov hər iki əlamətdar günün dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olunmasından bəhs etdi.
Tədbirdə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edildiyi söylədi.Belə bir tarixi günləri ayrı-ayrı fakültələrdə tələbələrimiz tərəfindən təşkil olunması təqdirə layiq hal olduğunu bildirdi.  Bütün bunların tələbələrin vətənə, dövlətə, onun əsas atributu olan bayrağa hörmət və məhəbbətinin nümunəsi olduğunu qeyd etdi.
Azərbaycan tarixi kafedrasının  dosenti  Elmar Xəlilov Dövlət Bayrağı gününün ölkəmizdə təmtəraqla qeyd olunmasının ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu vurğulamış, məhz ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edildiyini və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu aldığını qeyd etmişdir.
Çıxışında dosent qarşıdan gələn 12 noyabr Konstitusiya günü ilə əlaqədar tədbir iştirakçılarını  təbrik etmiş, bu əlamətdar günün müasir Azərbaycan dövlətinin tarixindəki mahiyyətindən danışmışdı. O, 1996-cı ilin fevralın 6-da Heydər Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğuladı.
Sonra fakültə üzrə YAP Gənclər Birliyinin sədri Leyla Hüseynova, riyaziyyat fakültəsinin III kurs tələbələri Mehriban Məmmədzadə, Güllər Pənahlı çıxışlarında qeyd etdilər ki, hər bir azərbaycanlının borcudur ki, ümummilli liderimizin azərbaycançılıq - vətənpərvərlik  ideyalarına sadiq qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasına nail olsun.
Tədbirdə tələbələrin hazırladığı slayd vasitəsilə dövlət atributu olan üçrəngli bayrağımız barədə videoçarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az