Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da antiplagiat sisteminin imkanlarına dair vebinar keçirildi
SDU-da antiplagiat sisteminin imkanlarına dair vebinar keçirildi
Sumqayıt Dövlət Universitetinin “2021-2025-ci illər üçün Strateji İnkişaf Planının 2023-cü il üzrə Fəaliyyət istiqaməti”ndə SDU-nun beynəlxalq reytinq sistemlərində məqsədəuyğun yer tutması sahəsində elmi nəşrlər üzrə nəzərdə tutulmuş işlər çərçivəsində fəaliyyət davam etdirilir.
Bu məqsədlə fevralın 27-dən martın 10-dək SDU-nun müəllim və tələbələri üçün “Plagiat.pl” şirkəti tərəfindən təklif olunan “Strikeplagiarism.com antiplagiat sisteminin istifadəsi və Oxşarlıq hesabatının təsviri qaydaları”, “Elmi işlərin plagiata yoxlanılması metodologiyası”, “Sistemin yeni funksionallığı” (tərcümə olunmuş oxşarlığın və plagiatın axtarışı, sistemin istifadəsini asanlaşdıran tapşırıqlar opsiyası və s.) mövzuları üzrə silsilə seminar və vebinarlar təşkil olunur.
Martın 6-da “Sistemin yeni funksionallığı” (tərcümə olunmuş oxşarlığın və plagiatın axtarışı, sistemin istifadəsini asanlaşdıran tapşırıqlar opsiyası və s.) mövzusu üzrə növbəti vebinar keçirildi. Vebinarda 78 nəfər iştirak etdi. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az